• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda Azərbaycanın Konstitusiyası işləməlidir

Qarabağda Azərbaycanın Konstitusiyası işləməlidir
25.11.2014 20:18
"Moskva Qarabağ münaqişəsinin həllində Qərbin istənilən təşəbbüsünü məhv edəcək."Bunu Oksford Universitetinin Beynəlxalq münasibətlər və siyasət kafedrasının professoru, politoloq Nil Makfarleyn Dağlıq Qarabağ münaqişəsi zonasında yaranmış son gərginliklə bağlı danışarkən deyib. O, Ermənistan mətbuatına verdiyi açıqlamada bildirib ki, Minsk qrupunun həmsədrləri vəziyyətin deskalasiyası üçün tərəflərlə danışıqlara başlamalıdır. ATƏT qoşunların təmas xəttində müşahidəçi missiyasını genişləndirməlidir: "Onların qarşısında münaqişəni nizama salmaq, etimad mühiti yaratmaq və gərginliyi yumşaltmaq üçün vasitəçilik missiyası var. İndi tərəflərin güzəştə getməyə hazır olmaması problem yaradır. Danışıqlar aparmaq üçün isə etibar qazanmaq lazımdır."Politoloq deyib: "Azərbaycan əmindir ki, Qarabağ onun qanuni ərazisidir, insanlar Qarabağa, yurdlarına qayıtmalıdır və Qarabağda Azərbaycanın Konstitusiyası işləməlidir.Ermənistan isə düşünür ki, Qarabağda erməni əhalisinin təhlükəsizliyi qorunmayacaq və guya Dağlıq Qarabağ əhalisinin əksəriyyəti öz müqəddəratını təyin etmə hüququna malikdir. Ermənilər Laçın və Kəlbəcər üzərində nəzarət istəyirlər. Təbii ki, bu da çətin məsələdir. N.Makfarleyn münaqişədə Rusiya-Qərb amilinə də toxunub: "Belə gərgin vəziyyətdə Rusiyanı ittiham etmək çətindir. Əgər ABŞ münaqişənin nizama salması prosesinə təşəbbüs edərsə, ruslar Qərbin istənilən təşəbbüsünü, təklifini bəyənməyəcək, əksinə, məhv edəcəklər."ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol