• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-da AXC-lə bağlı bəyannamə imzalandı

ABŞ-da AXC-lə bağlı bəyannamə imzalandı
28.05.2020 21:57
Oklahoma ştatının qubernatoru Meri Fallin (Mary Fallin) Azərbaycan Xalq Cümhuriyyətinin  yaranmasının 100-cü ildönümü ilə əlaqədar olaraq bəyannamə imzalayıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Oxu.Az-a verilən məlumata görə, Bəyannamədə 1917-ci il Rus inqilabından sonra 1918-ci il 28 may tarixində Azərbaycan öz müstəqilliyini elan etməklə Azərbaycan Xalq Cümhuriyyətini qurduğu bildirilir.

Azərbaycan Xalq Cümhuriyyətinin  1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və Sovet Birliyi dağıldıqdan sonra 1991-ci il 18 oktyabr tarixində yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanıb.

Bu dövrdə Azərbaycan qadınların rolu və hüquqlarına əhəmiyyət verərək bir sıra inzibati dəyişikliklər etdiyini və Müsəlman Şərqində ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin etdiyi qeyd olunub. 

Azərbaycan 1992-ci ilin martın 2-də Birləşmiş Millətlər Təşkilatına 168-ci üzvü olaraq qəbul edilib və 2012-2013-cü illər ərzində BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük hüququnu qazanıb.

Sənəddə 2001-ci il 11 sentyabr tarixindən sonra Azərbaycanın ABŞ-ı terrorizmə qarşı mübarizədə ilk dəstəkləyən ölkələrdən biri olduğu vurğulanıb. 

Həmçinin Azərbaycan Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində Oklahoma Milli Mühafizəsi ilə iqtisadi, neft, təbii qaz və kənd təsərrüfatı sahəsində tərəfdaşı olaraq vurğulanıb. 

2018-ci ildə Azərbaycan və Oklahoma ştatı arasında Dövlət Tərəfdaşlıq Proqramının 15-ci ildönümünün, eləcə də Milli Mühafizə üzrə Dövlət Tərəfdaşlıq Proqramının 25-ci ildönümünün qeyd olunduğu bildirilib.

Sonda qubernator Fallin  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq Oklahoma ştatında Azərbaycan Milli Günü elan edib.

Qeyd edək ki, bəyannamə iyunun 5-də ABŞ paytaxtı Vaşinqton şəhərində yerləşən "Endryu Melon Auditorium”da 100 illik yubiley münasibətilə keçirilən tədbirdə Oklahoma Milli Qvardiyasını təmsil edən briqada generalı Luis Vilyam tərəfindən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova təqdim edilib.
 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol