• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı İrəvanın səhv addımına hazırlaşır

Bakı İrəvanın səhv addımına hazırlaşır
14.06.2018 09:54
2016-cı ilin aprelində baş vermiş hadisələr istənilən an təkrarlana bilər.

Bu sözləri politoloq Tofiq Abbasov bu yaxınlarda Belarusla imzalanan razılaşmaya əsasən ölkəmizə gətirilən 301 mm-lik "Polonez”lərin Azərbaycan Ordusunun silahlanmasına daxil edilməsi haqda Axar.az-a danışarkən deyib. O bildirib ki, Azərbaycan Ordusunun müdafiə potensialının gücləndirilməsi Ermənistanın qeyri-adekvat addımları ilə bağlıdır:

"Ermənistanda inqilabi yolla hakimiyyətə gələn yeni adamlar özləri ilə heç bir praqmatik və müsbət düşüncə gətirmədilər. Bu onu göstərir ki, Ermənistanda qarşıdurma siyasətinə meyilli olan qüvvələrin mövqeləri daha güclüdür. Bu qüvvələr hər an regionda Azərbaycan-Ermənistan münaqişəsi üzərindən böyük problemlər yarada bilər. Azərbaycanın son addımları - Belarusdan "Polonez”lərin alınması, Əlahiddə Ümumqoşun Ordunun aviasiya hərbi hissəsində təlim uçuşları keçirməsi məhz bunun qarşısını almağa yönəlib. Ermənistan bilməlidir ki, Azərbaycana qarşı atılacaq hər hansı bir səhv addım Aprel hadisələrinin təkrarlanması ilə nəticələnə bilər. Hesab edirəm ki, Azərbaycanın siyasi rəhbərliyi çox dəqiq siyasət aparır və bütün problemlərin qarşısını almaq üçün vaxtında düzgün qərarlar verir”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol