• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ yenidən qarışdı, ermənilər İrəvanı istəmir, Bakının...

Qarabağ yenidən qarışdı, ermənilər İrəvanı istəmir, Bakının...
14.06.2018 11:42
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yenidən etiraz aksiyaları başlayıb.

Publika.az xəbər verir ki, ermənilər Qarabağdakı qondarma rejimin "prezidenti” Bako Saakyanın istefasını tələb ediblər.

Məlumata görə, separatçı "Milli dirçəliş” partiyası Xankəndinin "Dirçəliş” meydanında mitinq keçirmək istəyiblər. Lakin separatçı rejimin "polis qüvvələri” meydanı mühasirəyə alıb. Bundan sonra etirazçılar şəhər parklarından birinə toplaşıblar.

200 etirazçının iştirak etdiyi aksiyada istefa şüarları səsləndirilib. "Milli dirçəliş”in sədri Ayk Xanumyan bildirib ki, bu gündən onlar aksiyalara başlayır: "Bako Saakyan bizim təhlükəsizliyimiz üçün ciddi təhdiddir. Saakyan istefaya getməlidir. O, əvəzolunmaz deyil, Serj Sarkisyanın yolunu getməli və istefa verməlidir”.

Qeyd edək ki, iyunun 1-də Xankəndidə kütləvi aksiyalar keçirildi. Nəticədə Saakyan "güc strukturlarının rəhbərlərini” istefaya göndərdi. Saakyan özü isə 2020-ci ildə qondarma rejimin rəhərliyinə namizəd olamyacağını açıqladı. Lakin Qarabağa yerləşdirilmiş ermənilər hesab edirlər ki, Saakyan onları aldadır və o, 2020-ci ildə getsə də, "rəhbərliyə” Sarkisyan rejiminin davamçısı olacaq "Qarabağ klanı”ndan kimsə gətiriləcək.

Separatçı "Arsax (Qarabağ) işığı” təşəbbüs qrupu da qondarma rejimin "prezidenti” Bako Saakyanın istefa verməsini tələb edir. Təşəbbüs qrupunun üzvü, erməni kəşfiyyatçı Vaan Badasyan iyunun 15-nə qədər vaxt verdiklərini deyib.

"Bako Saakyan xalqı aldatdı, o, 2020-ci ildə namizəd olmayacağını deyir, lakin biz buna inanmırıq. Buna görə də o dərhal istefa verməlidir. İyunun 15-nə qədər gözləyəcəyik, sonra hərəkətə keçəcəyik. Ən düzgün yol istefaya getməkdir. Çünki Saakyan 2020-ci ilə qədər qalarsa, saxtalaşdırma yolu ilə Serj Sarkisyanın başqa bir adamını gətirəcəklər. İyunun 15-nə qədər qərar verəcəyik və sonra hücuma keçəcəyik. Küçə toqquşmalarının olacağı istisna deyil”, - deyə o bildirib.

Xankəndində qondarma rejimdən xilas olmaq istəyən ermənilərin Bakıya üz tuta biləcəyi ehtimalları da gündəmdədir.

Erməni politoloq Tiqran Qriqoryan qeyd edib ki, İrəvan Qarabağdakı hadisələrə müdaxilə etməsə və Saakyan istefa verməsə, əhali xilas yolunu başqa yerlərdə axtaracaq.

"Bu vəziyyət Bakının "Qarabağdakı ermənilər bizim vətəndaşımızdır” tezisini gücləndirir və dolayısı ilə əhali arasında İrəvana yox, Bakıya yaxınlaşmaq simptonları yüksəlir”, - deyə o bildirib.

Erməni sosioloq David Karabekyan da 1 iyun aksiyalarından sonra bildirmişdi ki, rejimdən bezən Qarabağdakı ermənilər hansı yolla olursa olsun, xilas olmaq istəyirlər: "Hətta elə insanlar var ki, xilas yolunun İrəvandan, yoxsa Bakıdan gəlməsinin fərqinə varmırlar. Azərbaycan ordusu Xankəndinə gəlsə və erməniləri mövcud rejimdən xilas etsə, hər kəs onlara təşəkkür edəcək. Yəni vəziyyət o həddə çatıb”.

Qarabağda baş verənlər İrəvanda da ciddi narahatlığa səbəb olub. Ermənistan rəhbərliyi düşünür ki, Qarabağda daxili qarşıdurma güclənərsə, Azərbaycan ərazilərin azad olunması üçün hərəkətə keçə bilər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol