• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident və ailəsi DÇ-nin açılış mərasimində - FOTO

Prezident və ailəsi DÇ-nin açılış mərasimində - FOTO
15.06.2018 11:39
İyunun 14-də Moskvadakı "Lujniki” stadionunda futbol üzrə növbəti dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

Qeyd edək ki, iyirmiyə yaxın ölkənin dövlət və hökumət başçılarının da qatıldığı açılış mərasiminin proqramı zənginliyi və əvvəlki dünya çempionatlarının açılış mərasimlərinin proqramlarından fərqli formatı ilə əsaslı şəkildə seçilib. Budəfəki tədbir daha qısa vaxt ərzində və yığcam oldu, məşq ərəfəsində deyil, birbaşa Rusiya-Səudiyyə Ərəbistanı matçından əvvəl keçirilib.

Britaniyalı müğənni Robbi Uilyamsın və Vyana Operasının solisti, tanınmış opera müğənnisi Aida Qarifullinanın ifası mundialın açılış mərasiminə əlavə əzəmət qatıb.

Açılış mərasiminin prodüseri Rusiyanın Birinci kanalıdır. Bu əzəmətli şounun konsepsiyasının müəllifi isə rejissor Feliks Mixaylovdur. Bu işdə ona İlya Averbux da kömək göstərib. İkiqat dünya çempionu, braziliyalı futbolçu Ronaldo da açılış mərasiminə qatılıb.

Dünya çempionatına ev sahibliyi edən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mərasimdə çıxış edib.

Rusiya dövlətinin başçısı bütün qonaqları Moskvanın əfsanəvi "Lujniki” stadionunda salamlayaraq dünyanın mehriban futbol ailəsini çempionatın açılışı münasibətilə tərik edib. Bu möhtəşəm idman hadisəsinin ilk dəfədir ki, Rusiyada keçirildiyini deyən Vladimir Putin ölkəsində bu idman növünə xüsusi sevginin bəslənildiyini də əlavə edib. O, bu idman bayramını Rusiyada qəbul etmək üçün dünya çempionatına məsuliyyətlə hazırlaşdıqlarını bildirib. "Harada yaşamağımızdan, hansı ənənələrə riayət etdiyimizdən asılı olmayaraq bizim hamımızı bu parlaq idman növü - futbola sevgi birləşdirir. Futbolun gücünün əsasını humanizm təşkil edir. Çünki bu, birlikdir”, - deyən Rusiya Prezidenti bu birliyi gələcək nəsillər üçün qoruyub saxlamağın vacibliyini vurğulayıb.

FIFA-nın prezidenti Canni İnfantino da çıxışında Rusiyada başlayan futbol üzrə dünya çempionatının idmanın bu növünün həvəskarlarına maraqlı anlar yaşadacağını söyləyib.

Otuz iki ölkənin yığma komandalarının mübarizə apardığı budəfəki futbol üzrə dünya çempionatı iyunun 14-dən iyulun 15-dək davam edəcək. Çempionat Rusiyanın 11 şəhərinin 12 stadionunda keçiriləcək.

Xatırladaq ki, açılış mərasimini "Lujniki” stadionunda 80 min, televiziya ilə birbaşa yayımla isə təqribən 1 milyard nəfərə qədər tamaşaçı izləyib.

Rusiyada təşkil olunan futbol üzrə növbəti dünya çempionatı meydan sahiblərinin oyunu ilə başlayıb.

Açılış mərasimindən dərhal sonra "A” qrupunda mübarizə aparan Rusiya və Səudiyyə Ərəbistanının yığma komandalarının görüşü başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın da baxdıqları qarşılaşmada Rusiya yığma komandası 5:0 hesabı ilə qalib gəib. Qolları futbolçular Yuri Qazinski, Dmitri Çerışev, Artyom Dzyuba və Aleksandr Qolovin vurublar

Xatırladaq ki, dünya çempionatında 32 komanda əvvəlcə 8 qrupda mübarizə aparır. Qruplarda birinci və ikinci yer tutan komandalar səkkizdəbir finala çıxacaqlar. Səkkizdəbir final mərhələsindən başlayaraq yarışlar Olimpiya sistemi ilə keçiriləcək, yəni, uduzan komanda mübarizəni dayandıracaq.

Final görüşü iyulun 15-də Moskvada "Lujniki” stadionunda baş tutacaq.

Üçüncü yer uğrunda matç isə iyulun 14-də Sankt-Peterburqda keçiriləcə.
 





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol