• $
  • €
  • ₽
  • ₺
  • £

“Paşinyan ətraf rayonları qaytara biləri...”

“Paşinyan ətraf rayonları qaytara biləri...”
16.06.2018 18:34
Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəlişindən bəri ikinci dəfə Azərbaycanın işğal altındakı ərazilərinə gəlib. Paşinyanın Qarabağa hansı məqsədlə gəldiyi açıqlanmır. Amma virtualaz.org ehtimal edir ki, bunun iki əsas səbəbi ola bilər-Dağlıq Qarabağdakı hərbi-polis rejiminin üzləşdiyi siyasi böhran və Bako Saakyanın istefaya məcbur edilməsinə aparan proseslər; erməni tərəfinin günlərdir Azərbaycanın təmas xəttinin Ağdam və Füzuli istiqamətlərinə "iri qoşun qruplaşması cəmləşdirməsi” ətrafında yaranmış panik vəziyyət.

Hansı ki, Xankəndindəki qondarma rejim bu "cəmləşməni” Azərbaycanın hərbi əməliyyatlara hazırlaşması kimi təqdim edir. Və qondarma rejimin bu təşvişi Paşinyanın "mən qarabağlı deyiləm, ona görə də Dağlıq Qarabağın adından danışıq apara bilmərəm” bəyanatı ilə bir vaxtda yaranıb.


Erməniyönümlü rusiyalı hərbi ekspert, ənənəvi olaraq Azərbaycana qarşı Rusiya erməni çevrələrinin təbliğat aləti kimi istifadə olunan, MDB İnstitutunun direktor müavini Vladimir Yevseyev "rusarminfo” portalına növbəti açıqlamasında deyir ki, Nikol Paşinyan qeyri-standart siyasətçidir və hələlik onun Qarabağ istiqamətində hansı addım atacağını təxmin etmək çətindir.

"İndi başa düşmək çətindir ki, erməni tərəfi bu məsələdə hansı addımları atacaq, çünki Nikol Paşinyan və onun hökuməti tapmacadır. Paşinyanın Qərbə çox ümid bağlaması Ermənistan üçün pis zarafat ola bilər. Paşinyan Qərbin köməyini, onun Azərbaycana mümkün təzyiqlərini və özünün Ermənistandakı nüfuzunu lazım olandan artıq dəyərləndirə bilər, nəticədə güc komponenti ilə kifayət qədər möhkəmləndirilməmiş addımlar atar. Mən bunu nəzərdə tuturam ki, Paşinyan bufer zonasına daxil olan ərazilərin (ətraf rayonların) qaytarılmasına gedə, bu isə bütün Qarabağın itirlməsi ilə nəticələnər”-Yevseyev deyib.
Rusiyalı ekspertin fikrincə Paşinyan Serj Sərkisyanın qərar vermədiyi bu addımı atmağa qadirdir və onun bütün məsuliyyəti indidən Xankəndinin üzərinə atması ən təhlükəli inkişaf ssenarisidir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol