• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər Qubadlının məşhur kəndinə axışır - FOTOLAR

Ermənilər Qubadlının məşhur kəndinə axışır - FOTOLAR
24.11.2014 12:32

Ermənilər işğaldan sonra İşxanadzor adı verdikləri Qubadlının məşhur Xanlıq kəndinin süni məskunlaşdırılmasını davam etdirirlər.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, “Artsaxın Milli Lotereyası” layihəsinin rəhbəri Aleksandr Arzumanyan Xanlıq kəndində 37 yaşayış evinin tikintisini nəzərə tutduqlarını bildirib. Onun sözlərinə görə, 10 ev yaxn günlərdə, daha 10 ev isə 2015-ci ildə istifadəyə veriləcək.

Layihəni maliyyələşdirmək üçün erməni tərəfi hər il dekabrın 28-də ümumerməni lotereya oyunu keçirir. Bu il sayca 2-ci dəfə keçiriləcək lotereya üçün 500 min bilet dövriyyəyə buraxlıb. Qiyməti 2 min dram (5 dollar) olan biletləri əsasən Ermənistan və diaspor erməniləri əldə edirlər. Uduş sahibini müxtəlif suvenirlər, xalçalar, 30 litr həcmi olan tut arağı çəlləkləri və Xankəndidə mənzil qazanmaq şansı gözləyir.Dağlıq Qarabağdakı separatçı rejim Xanlıq kəndinin “məskunlaşdırılması”nı strateji hədəfləri elan edib. İşğal latındakı Qubadlı rayonu ərazisində, Həkəri çayı sahilində yerləşən Xanlıq kəndində hazırda 200 nəfər erməni yaşayır. Onların bir hissəsi, təxminən 15-dək ailə Suriyadan qamış ermənilərdir. Son bir neçə ildə kənddə orta məktəb, tibb məntəqəsi və maşın-traktor stansiyası fəaliyyət göstərir.Xanlıq kəndi vaxtilə kəndin ərazisində yerləşən Qarabağ xanı Pənahəli xan Sarıcalı-Cavanşirın oğlu Mehrəli bəy Sarıcalı-Cavanşirin malikanəsinin adı olub. Sonralar mülkün ətrafında salınan kənddə mülkün adı ilə adlandırılıb.Xanlıq kəndi – Azərbaycanın məşhur xalçaçılıq məntəqələrindən biridir. Burada istehsal edilən xalçalar hər zaman məşhur olub və öz yüksək keyfiyyəti ilə seçilib. Burada toxunan Xanlıq xalçası dünya bazarlarına və yarmarkalarına çıxarılan xalçaların ən yaxşıları hesab edilirdi.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol