Zakir Həsənov hərbi poliqonda

İyunun 20-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi poliqonda müxtəlif bölmələr ilə keçirilən səhra məşğələlərinin gedişini izləyib.
Müdafiə Nazirliyindən anews.az-a verilən məlumata görə, "Mexanikləşdirilmiş taqım hücumda” mövzu üzrə məşğələnin keçirilmə planına uyğun olaraq kursantlar taqım və manqa komandirləri rolunda çıxış edərək məşğələ zamanı yaradılmış taktiki vəziyyətə uyğun hərəkət ediblər.
Sonra Müdafiə naziri snayperlərin hazırlığı mərkəzinin atış sahəsinə gələrək praktiki atışların təşkili və icrasını müşahidə edib.
Təlim məşqlərin sonunda general-polkovnik Z.Həsənov poliqona dəvət olunmuş kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























