Sərhəddə atışma: Bir əsgər yaralandı

Azərbaycan-İran sərhədinin Cəlilabad rayonu ərazisindən keçən hissəsində silahlı insident baş verib.
Anews.az-ın Report-a istinadla verdiyi xəbərə görə, Azərbaycan sərhədçilərinə müqavimət göstərən sərhəd pozucuları ilə əsgərlər arasında atışma olub.
İlkin məlumata görə, atışma zamanı Balakən rayonundan olan əsgər Krupov Ramazan Məmməd oğlu güllə yarası alıb. Gənc sərhədçi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























