• $
  • €
  • ₽
  • ₺
  • £

Volodin Bakı səfərinin detallarını açıqladı

Volodin Bakı səfərinin detallarını açıqladı
25.06.2018 12:15
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ümid edir ki, rusiyalı deputatların Bakıya səfəri Azərbaycan və Rusiya parlamentlərarası əlaqələrinin inkişafına təkan verəcək və regionlararası əməkdaşlığı gücləndirəcək. 

Oxu.Az xəbər verir ki, o bununla bağlı AzTV telekanalına müsahibəsində danışıb. 

"Parlamentlərarası münasibətlərdə, sözsüz ki, inkişaf potensialı var. Ümid edirik ki, səfər nəticəsində bu əlaqələrin bölgələrarası səviyyəyə gətirilməsinə imkan verəcək razılıq əldə olunacaq və xalqlar arasında əlaqələrin inkişafına təkan verəcək”, - o deyib. 

Skiper əlavə edib ki, bu, Dövlət Dumasının VII çağırışının nümayəndələrinin Bakıya ilk səfəridir. 

Onun sözlərinə görə, hər iki ölkə deputatlarının qarşısında Rusiya və Azərbaycan prezidentləri tərəfindən tapşırılan bir çox məsələləri həll etmək durur. 

"Dövlət başçılarımız tez-tez görüşür, onlar əlaqələrimizin inkişafı ilə bağlı mühüm məsələlər müzakirə edirlər. 

Parlamentlərin əsas vəzifəsi Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin səviyyəsində qəbul edilmiş qərarları yerinə yetirməkdir”, - Volodin bildirib. 

Dövlət Dumasının sədri hesab edir ki, 2019-cu ildə regionlararası əməkdaşlıq çərçivəsində birgə konfransın keçirilməsi məsələsini müzakirə etmək vacibdir. 

Bundan başqa, Volodinin fikrincə, Azərbaycan və Rusiya parlamentlərinin komitələri arasında qarşılıqlı fəaliyyəti fəallaşdırmaq lazımdır.

O qeyd edib ki, rusiyalı nümayəndə heyətinin tərkibinə Dağıstan Respublikasının və Stavropol vilayətinin qanunverici məclisinin sədrləri də daxildir. 

"Bizdə böyük potensial var və onu işə salmaq lazımdır: bizim xalqlarımızın gözlədiyi qərarları qəbul etməliyik”, - Volodin dilə gətirib. 

O deyib ki, ötən il Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 30 faizdən çox artıb. Bu, Moskva və Bakı arasındakı əlaqələrin inkişafında çox yaxşı göstəricidir. 

Volodin əlavə edib ki, rusiyalı turistlər istirahət üçün Avropanın Monteneqro, Bolqarıstan və Çexiya kimi ölkələrindənsə Azərbaycana üstünlük verirlər. 

Spiker Vyaçeslav Volodinin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 24-də Azərbaycana səfərə gəlib. İkigünlük səfər çərçivəsində onlar Azərbaycan prezidenti İlham Əliyevin də qəbulunda olublar. 

Nümayəndə heyətinin üzvləri Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşəcəklər. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol