Avstraliya parlamenti “erməni soyqırımı”nı müzakirə edir

Avstraliya parlamentinin aşağı palatasında "erməni soyqırımı”nın tanınmasına dair sənəd üzrə müzakirələr aparılır.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, Avstraliyanın beynəlxalq səviyyədə ilk humanitar yardımı kontekstində təqdim olunan sənəddə "erməni soyqırımı”nın tanınmasının vacibliyi qeyd olunur.
Uydurma soyqırıma dair səndin müəllifləri Avstraliya nümayəndələr palatasının üzvləri Trent Zimmerman və Con Aleksandrdır. "Erməni soyqırımı”nın tanınmasına parlamentin aşağı parlamentinin koalisiya qüvvələri də dəstək çıxıblar.
"Ümid edirik ki, bu müzakirələr Avstraliya tərəfindən "erməni soyqırımı”nın rəsmən tanınmasına gətirib çıxaracaq” – deyə Avstraliyadakı erməni milli Komitəsi parlamentdəki müzakirələri şərh edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























