• $
  • €
  • ₽
  • ₺
  • £

Tramp Prezidentə Qarabağla bağlı mesaj verdi

Tramp Prezidentə Qarabağla bağlı mesaj verdi
27.06.2018 11:48
Hazırda Beynəlxalq Mətbuat Mərkəzində Uluslararası Qarabağ forumu keçirilir.

Axar.az xəbər verir ki, Dünya Azərbaycanlıları Konqresinin təşkil etdiyi tədbirdə millət vəkili Tahir Kərimli, Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızı, sabiq nazir İsgəndər Həmidov, Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı, Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər, Bütöv Azərbaycan Birliyinin Mərkəzi Şurasının sədri Aqil Səmədbəyli, professor Qafar Çaxmaqlı, tarixçi Dilavər Əzimli, Qarabağ müharibəsi qəhrəmanı Arif Paşayev, keçmiş baş nazir Pənah Hüseyn, deputat Qüdrət Həsənquliyev, politoloq Elxan Şahinoğlu və başqaları iştirak edir.

Tədbiri giriş sözü ilə açan Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı mərasimin AXC-nin 100 illiyi ilə üst-üstə düşməsinin təsadüfi olmadığını deyib:

"Biz iqtidar-müxalifət nümayəndələri arasında fərq qoymadan hər kəsə dəvət göndərmişik. Çünki Qarabağ məsələsi hansısa bir siyasi partiya və qurumun deyil, bütövlükdə azərbaycanlıların məsələsidir”.

Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər bildirib ki, Qarabağ probleminin kökü Rusiya imperiyası dövründə qoyulub:

"Ermənilərə dövlət yaradılması və bu dövlətinin genişləndirilməsi Rusiya strategiyasının bir hissəsidir. Biz məsələnin kökünü bilməsək, nəticəni aradan qaldıra bilmərik. Soyuq müharibədən sonra köhnə dünya nizamı dağıldı. Hazırkı dövrdə bu proses yeni mərhələyə qədəm qoyub”.

S.Əkbər həmçinin vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı məktubda açıq şəkildə qarşıdan gələn aylarda Qarabağ probleminin həllinə imkan açılacağı görünür.

Millət vəkili Qüdrət Həsənquliyev hərbi əməliyyatların geniş vüsət almasının vacib olduğunu deyib:

"Azərbaycan Ordusu hər gün erməni əsgəri öldürməlidir. Hər gün erməni ailəsinə əsgər meyiti getməlidir. Hazırda edə biləcəyimiz ən mühüm məsələ budur. Azərbaycan dünya birliyini də inandırmalıdır ki, nəticədən asılı olmayaraq, qanlı savaşa girəcək. Əgər bu savaş məsələsi qızışmasa, problemin sülh yolu ilə həlli mümkün deyil”.

Tədbir davam edir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol