Millət vəkilləri Papa ilə görüşəcək

Roma Papası Fransis Avropa Parlamentinin dəvətilə noyabrın 25-də Strasburqa gələcək.ANN.Az AzərTac-a istinadən xəbər verir ki, səfər çərçivəsində Papa Avropa Parlamentinin və AŞPA-nın deputatları qarşısında çıxış edəcək.Papanı görmək və xeyir-duasını eşitmək istəyən alzaslılar onu və Avropa Parlamentindəki çıxışını əsası min il bundan əvvəl qoyulmuş Katedral kilsədə quraşdırılacaq iki xüsusi ekrandan izləyə biləcəklər. Roma Papası ilə keçiriləcək görüşdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr kimitəsinin sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvlərindən Sahibə Qafarova və Rafael Hüseynov iştirak edəcəklər.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























