• $
  • €
  • ₽
  • ₺
  • £

Minsk qrupunun həmsədrləri sanki özləri gərginlik yaratmaqda maraqlıdırlar

Minsk qrupunun həmsədrləri sanki özləri gərginlik yaratmaqda maraqlıdırlar
20.11.2014 19:09

"Artıq bir həftədir ki, baş vermiş və mahiyyəti ilə Ermənistanın işğalçılıq siyasətinin tam davamı olan bu təxribata həmsədrlər, nəhayət, mövqe bildirmək qərarına gəldilər. Amma təəssüflər olsun ki, onlar öz amplualarındadırlar".

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın keçirdiyi hərbi təlimlər zamanı baş vermiş insidentlə əlaqədar Minsk qrupu həmsədrlərinin səsləndirdiyi bəyanata münasibət bildirən Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N. Məmmədov xatırladıb ki, Minsk qrupunun həmsədrlərinin fəaliyyəti ilə bağlı dünən böyük bir tədbirdə mövqe bildirib: "Onların fəaliyyətinin bu günə qədər bir nəticə verməməyinin səbəbini də açıqladım. Doğrudan da, Minsk qrupunun həmsədrləri sanki özləri gərginlik yaratmaqda maraqlıdırlar. Yoxsa, onlar bilmirdilər ki, Ermənistan Azərbaycan ərazilərində hərbi təlimlər keçirməyi qərara alıb? Məgər onlar bu təlimlərə 40 minlik qoşunun, eyni zamanda, hərbi avadanlıq və silahların cəlb edilməsi haqqında Ermənistanın verdiyi bəyanatlardan xəbərsiz idilər? Məgər onlar bilmirlər ki, Azərbaycanın beynəlxalq birlik, eləcə də təmsil etdikləri ölkələr tərəfindən tanınmış əraziləri 25 ildir ki, işğal altındadır və bu ərazilərdən 750-760 min insan məcburi köçkünə çevrilərək Azərbaycanın müxtəlif rayonlarında məskunlaşıblar? Amma həmsədrləri heç maraqlandırmadı ki, bu hərbi təlimlər nə üçün keçirilir, hansı məqsədlə keçirilir? Məgər Dağlıq Qarabağdakı separatçı qurumun 40 minlik ordusu var? Axı heç orada 40 min erməni qalmayıb".

PA rəsmisi qeyd edib ki, həmsədrlər bütün məsələləri əla bilirlər: "Lakin, qeyd etdiyim kimi, onlar beynəlxalq hüququ arxivə ataraq Ermənistanın mövqeyindən çıxış edirlər. Özü də bu birinci dəfə deyil. Necə yəni vertolyot "neytral ərazidə'' düşüb? Təəssüf ki, həmsədrlər bunları bilə-bilə edirlər. Amma onu da bilməlidirlər ki, beynəlxalq aləmdə bu gün hökm sürən gərginlik belə məsuliyyətsiz bəyanatların nəticəsində yaranıb".

N. Məmmədov həmsədrlərin bəyanatındakı başqa bir məsələyə də diqqət çəkib: "Guya həmsədrlər bilmirlər ki, Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərini tam minalayıb. Nə üçün bununla bağlı ağızlarına su alıb susurlar? İndi isə onlar özləri qazdıqları quyuya düşüblər".

PA rəsmisi vurğulayıb ki, həmsədrlər tez-tez öhdəliklərdən danışırlar və bu mövzuda ictimaiyyətə fikir bildirirlər: " Bəs onların özlərinin öhdəliyi yoxdur? Yoxsa "siz özünüz razılığa gəlin'' deməklə öz öhdəliklərini yerinə yetirmiş hesab edirlər? Bu məsələ hamıya aydındır: münaqişənin sülh yolu ilə, danışıqlar vasitəsi ilə beynəlxalq hüququn normalarına uyğun, ədalətli həlli üçün bütün beynəlxalq birlik və tarix qarşısında məsuliyyət də, öhdəlik də həmsədrlərin üzərindədir. Onlar turist deyillər".

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol