• $
  • €
  • ₽
  • ₺
  • £

Ohanyan: Ermənistan digər varianta da əl atmağa hazırdır

Ohanyan: Ermənistan digər varianta da əl atmağa hazırdır
20.11.2014 17:40
Ermənistan müdafiə naziri Seyran Ohanyan bu gün Erablurda çıxış edərkən yenidən Ağdam istiqamətində vurulmuş “Mi-24” vertolyotu ətrafında təxribatçı bəyanatlar verib.ANN.Az Virtualaz.org-a istinadən xəbəbr verir ki,  Ohanyan Azərbaycanı “vertolyotu vurmağı əvvəlcədən planlaşdırmaqda” ittiham edib. Ohanyan daha da irəli gedərək deyib: “Vertolyot təlim-məşq uçuşları zamanı vurulub. Bizim ərazimizdə. Bu, bütün normaların pozulmasıdır”.Erməni nazir həmçinin bildirib ki, Ermənistan vertolyotun heyət üzvlərinin cəsədlərini diplomatik yolla qaytarmağa çalışır. Hərçənd ki, “digər variant” da istisna deyil. “Ermənistan silahlı qüvvələri digər varianta da əl atmağa hazırdır. Lakin hələlik Ermənistan diplomatiyaya üstünlük verir. Bizim göstərdiyimiz səylər sayəsində ATƏT-in Minsk Qrupu problemi həll etməyə imkan verə bilən dəqiq bəyanatla çıxış edib” - deyə Ohanyan bildirib.Xatırladaq ki, bundan əvvəl də Ohanyan və digər erməni rəsmiləri vertolyotun vurulması hadisəsinə görə Azərbaycanın ünvanına təhdid bəyanatları səsləndiriblər. Azərbaycan Müdafiə Nazirliyi sonuncu dəfə bu cür bəyanatlarla bağlı rəsmən bəyan etmişdi ki, əgər erməni tərəfi növbəti dəfə hərbi təxribata əl atsa, cavab olduqca sərt və dağıdıcı olacaq, çoxsaylı itkilərlə müşayiət olunacaq və düşmənin yaddaşından uzun müddət silinməyəcək. Bu bəyanatdan sonra erməni tərəfi öz ritorikasında dəyişikliklər etməli oldu. Lakin göründüyü kimi, Ohanyan geniş publika qarşısında növbəti dəfə lovğalanıb və hətta Ermənistan ordusunun vertolyotdan cəsədləri götürmək üçün hərbi əməliyyat keçirə biləcəyini, yəni təmas xəttinin Ağdam istiqamətində Azərbaycan ordusunun mövqelərinə hücum edə biləcəyini də deyib.Ohanyanın bəyanatındakı digər həyasız məqam onun “Vertolyot bizim ərazimizdə vurulub” deməsidir. Məlum olduğu kimi, vertolyot işğal altındakı Azərbaycan ərazilərində, ordumuzun döyüş mövqelərinin təxminən 100 metrliyində düşüb. O zaman Ohanyan “bizim ərazimiz” deyəndə və Azərbaycanı “bütün normaları pozmaqda” ittiham edəndə hansı normalardan və ərazilərdən danışır? Axı nəinki vertolyotun vurulduğu və düşdüyü ərazi, eləcə də hazırda ermənilərin işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonlar bütün beynəlxalq normalara görə Azərbaycan ərazisidir. Bu ərazilərin Ermənistan silahlı qüvvələrinin işğalı altında olması hələ Ohanyana “bizim ərazimiz” ifadəsini işlətməyə səlahiyyət vermir.Gözləmək olar ki, Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi Ohanyanın sonuncu lovğa bəyanatına da tutarlı cavab verəcək. Həm də təkcə kağız üzərində yox. Çünki Ermənistan təmas xəttində vəziyyəti gərginləşdirməyə yönələn yeni cəhdlər edir və bu gün ordumuzun bir əsgəri düşmənlə atışmada şəhid olub.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol