• $
  • €
  • ₽
  • ₺
  • £

Müşavirədən sonra kimlər cəzalanacaq? – Millət vəkili

Müşavirədən sonra kimlər cəzalanacaq? – Millət vəkili
05.07.2018 10:01
Ümid edirik ki, cənab Prezidentin müşavirəsində başını aşağı salıb duran bəzi məmurlar dövlət başçısının sərt tənqid və xəbərdarlığından nəticə çıxaracaq.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva qeyd edib. O bildirib ki, prezident xalqın həmin məmurlara demək istədiklərinin hamısını onlara ciddi narazılıq və sərt xəbərdarlıqla söylədi:

"Prezident İlham Əliyev hər zaman söylədiyi "biz hamımız - məmurlar, millət vəkilləri xalqın xidmətçiləriyik” yanaşmasını bu müşavirədə də ortaya qoydu. Görünən budur ki, məsələ təkcə tənqidlə bitməyəcək, ölkənin enerji sistemində yaranan problemin səbəbkarları qanun qarşısında cavab verəcəklər. Cənab Prezident bunu çox ciddi məsələ kimi qeyd etdi və irəli sürülən səbəbləri əsaslı hesab etmədiyini açıq şəkildə bildirdi. "Azərenerji” sədrinin qəzanın səbəbləri ilə bağlı açıqlamasına isə ən gözəl cavabı cənab Prezident verdi. "Utanmalısınız”, - dedi. "Utanmalısınız xalq və ölkə qarşısında. Xalqa nə qədər əziyyət verdiyinizdən utanmalısınız”, - dedi. Cənab Prezident vətəndaşlara təşəkkürünü xüsusi vurğuladı. Kritik zamanda öz işinin öhdəsindən peşəkarlıqla gələn qurumları da qeyd etdi”.

Millət vəkili bildirib ki, müşavirədə çox ciddi mesajlar vardı:

"Bu müşavirə, əslində, bütün qurumlara bir xəbərdarlıq idi. Cənab Prezidentin insanlarımızın qəza ilə bağlı üzləşdiyi problemlərin qısa zamanda həlli tapşırıqlarını bəzi qurumların tezliklə həll etməsi lazımdır. Təşəkkürlər, cənab Prezident. Hər zaman olduğu kimi, bu müşavirədə də xalqın mənafeyinin hər şeydən üstün olduğunu ortaya qoydunuz”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol