• $
  • €
  • ₽
  • ₺
  • £

Ilham Əliyevdən xəbər

Ilham Əliyevdən xəbər
09.07.2018 16:24
"Bu gün Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkədir. Bizim siyasi iradəmiz ən yüksək kürsülərdə özünü göstərir. Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilməz. Bunun səbəblərindən biri bizim iqtisadi gücümüz və iqtisadi müstəqilliyimizdir. Əlbəttə, iqtidarın siyasi iradəsi kifayət qədər möhkəmdir. Xalq ilə iqtidar arasındakı birlik əsas şərtdir. Bu bizim müstəqil həyatımızı şərtləndirən əsas amildir, eyni zamanda, iqtisadi müstəqilliyimizdir”.
"Qafqazinfo” xəbər verir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 65-ci kitabında yer alan bu fikirləri dövlət başçısı 2014-cü il sentyabrın 22-də İsmayıllıya səfəri çərçivəsində Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanışlıq zamanı ictimaiyyətin nümayəndələri ilə görüşündə deyib.
Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 65-ci kitabındakı materiallar 2014-cü ilin sentyabrından noyabrınadək olan dövrü əhatə edir.

Nəşrdə, həmçinin dövlət başçısının yəhudi xalqının Yeni il bayramı - Roş-Ha-Şana münasibətilə Azərbaycan yəhudi icmasına, müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriklərinin mətnləri, "Bakı-Tbilisi-Qars dəmir yolu xətti – İpək yolu dəhlizinin inkişafında yeni imkanlar” mövzusunda beynəlxalq konfransın, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nazirlərinin "İnkişafda qadınların rolu” mövzusunda V konfransının, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin Dəmir Yolu Nəqliyyat Şurasının növbəti iclasının iştirakçılarına məktubları və digər müraciətləri yer alıb.

Çoxcildliyin bu kitabında Prezident İlham Əliyevin İsmayıllı, Qəbələ, Abşeron, Daşkəsən, Goranboy rayonlarına, Naftalan və Gəncə şəhərlərinə səfərlərinə, bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşlərinə, bir sıra orta məktəblərin, uşaq bağçaları və əyləncə mərkəzlərinin, parkların, sənaye müəssisələrinin, habelə Bakıda infrastruktur obyektlərinin açılışlarında iştirakına dair informasiyalar, Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş və yekun nitqlərinin mətnləri verilib.

Kitaba "Qeydlər”, "Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri daxil edilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol