Ərdoğanın Bakıya səfəri başlayır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana rəsmi səfərə gələcək.
AzVision.az xəbər verir ki, Ərdoğan Bakı vaxtı ilə saat 10:00-da Esenboğa hava limanından Azərbaycana səfərə yola düşəcək.
Türkiyə prezidenti səfər çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək. Bakı səfərindən sonra Ərdoğan 11-12 iyul tarixlərində Brüsseldə keçiriləcək NATO sammitində iştirak edəcək.
Qeyd edək ki, bu, Türkiyə prezidentinin 24 iyun seçkilərindən sonra ilk xarici səfəridir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























