• $
  • €
  • ₽
  • ₺
  • £

Kremlin ideoloqundan ermənilərə GÖZLƏNİLMƏZ CAVAB: “Əraziləri qaytarın, İlham Əliyev sizə...”

Kremlin ideoloqundan ermənilərə GÖZLƏNİLMƏZ CAVAB: “Əraziləri qaytarın, İlham Əliyev sizə...”
14.07.2018 15:54
"Nikol Paşinyan hakimiyyətə gələn kimi Dağlıq Qarabağ münaqişəsinin həll planını – ilkin mərhələdə 5 rayon Azərbaycana qaytarılır, daha sonra digər ərazilərin taleyi müzakirə olunur – ləğv etdi. Bu razılaşma Serj Sarkisyanın vaxtında əldə olunmuşdu”.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Avrasiyaçılıq Hərəkatının lideri, Kremlin ideoloqu kimi tanınan rusiyalı politoloq Aleksandr Duqin Ermənistan mediasına müsahibəsində deyib.

Onun sözlərinə görə, Serj Sarkisyan Qarabağ münaqişəsinin həllinə hesablanmış danışıqları aparırdı və bu, Azərbaycanla Rusiyanın münasibətlərinin möhkəmlənməsinə imkan verirdi: "Bu danışıqlar Ermənistanın əleyhinə deyildi, əksinə, bütün xalqların xeyrinə idi. Paşinyan bu danışıqları zərbə altında qoydu və bu gün vəziyyət müharibə həddinə çatıb”.

Duqin qeyd edib ki, Paşinyan Sarkisyanın yolu ilə gedərsə, bu region üçün müsbət nəticələrə səbəb olacaq.

"Beş rayonun ilkin mərhələdə qaytarılması problemləri yoluna qoyur. Ermənistan bunun əvəzinə iqtisadi dəstək qazanır. Azərbaycan prezidenti ərazilərin qaytarılmasına əvəz olaraq iqtisadi əməkdaşlığa, həmçinin, Türkiyə-Ermənistan sərhədlərinin açılmasına imkan yaratmağa hazırdır. Bu baş tutarsa, Ermənistan blokadadan çıxacaq, düşmənçilik yox olacaq”, - deyə o bildirib.

Duqin erməni jurnalistin "Siz sülh tərəfdarı olduğunuzu deyirsiniz, halbuki, Azərbaycana səfər etdiniz və 2016-cı il müharibəsində Azərbaycanın "işğal etdiyi” Lələtəpə yüksəkliyinə getdiniz. Bunu necə anlamaq olar” sualına belə cavab verib: "Siz yəqin ki, bilirsiniz, Rusiya bütün Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır və bu, beynəlxalq hüquqa söykənmiş mövqedir. Hesab edirəm ki, mənim ölkəmin Azərbaycanın ərazisi kimi tanıdığı əraziyə baş çəkməyim təbiidir. Bununla yanaşı, Lələtəpəyə səfərim hərbi xarakter daşımırdı, mənim əlimdə silah yox idi. Mən bir məsələni vurğulamaq istəyirəm, proseslərin belə inkişafı təhlükəlidir. İndi bölgədə situasiya dəyişib. Rusiya-Türkiyə münasibətləri əvvəlki kimi deyil. Azərbaycanla münasibətlər yüksək səviyyədədir, gələcəkdə Gürcüstanla münasibətlərin yoluna qoyulması gözlənilir. Rəsmi Tbilisi Moskva ilə yaxınlaşmağa çalışır. Bu prosesdə Ermənistan da iştirak etməlidir. Ermənistanın rəhbərliyi bunu anlamalıdır, əks təqdirdə, özünə ziyan vura bilər”.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol