• $
  • €
  • ₽
  • ₺
  • £

"Bu yalandır" - Müdafiə Nazirliyi

"Bu yalandır" - Müdafiə Nazirliyi
19.11.2014 09:09
ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin ötən gün Ağdam rayonunda ermənilərə məxsus Mi-24 hərbi helikopterinin vurulduğu əraziyə baxış keçirməsi barədə yayılan məlumatın heç bir əsası yoxdur.Bunu APA-ya açıqlamasında A. Kaspşikin helikopterin vurulduğu əraziyə baxış keçirməsi barədə yayılan məlumatlara münasibət bildirən Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib. V. Dərgahlının sözlərinə görə, monitorinq qoşunların təmas xəttində, əvvəlcədən müəyyənləşdirilmiş və planlaşdırılmış ərazidə -  Ağdam rayonunun Mərzili kəndi yaxınlığında keçirilib və insidentsiz başa çatıb. “Bəzi KİV-lər ATƏT-in mətbuat xidmətinə istinadən Anjey Kaspşikin Azərbaycan Ordusunun mövqelərinə hücum edərkən cavab atəşi ilə vurulmuş ermənilərin Mi-24 döyüş helikopterinin düşdüyü ərazidə olması barədə məlumat yayıblar. Düşmən tərəfi həmin ərazidə daim təxribatlar törədir. Bir daha bəyan edirik ki, ATƏT nümayəndələrinin və Kaspşikin oraya getməsi barədə məlumatın heç bir əsası yoxdur və bu yalandır. Onların təhlükəsizliyinə müəyyən olunmuş, yalnız monitorinqin keçirildiyi ərazidə zəmanət verilib. O ərazi isə helikopter düşən yerdən 20 km aralıdadır”. Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 18-də Ağdam rayonunun Mərzili kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilib. Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Saymon Tiller, Piter Svedberq və Yüksək səviyyəli planlaşdırma qrupunun rəhbəri, polkovnik Markus Uidmer (İsveçrə), təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Xristo Xristov, Yevgeni Şarov və Yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi Vitaliy Belokon (Rusiya) keçiriblər. Erməni tərəfi işğal altındakı Azərbaycan ərazilərinə səfər etmiş A. Kaspşiklə bütün görüşlərdə Azərbaycan mövqelərinə hücum zamanı vurulmuş helikopterlə bağlı kömək göstərməsini xahiş edib və onu hadisə yerinə götürmək istəyiblər.  ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol