• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvan Ordumuzun sirlərini öyrənmək üçün hərəkətə keçdi

İrəvan Ordumuzun sirlərini öyrənmək üçün hərəkətə keçdi
18.07.2018 11:42
Ermənistanda hakimiyyət dəyişikliyindən sonra İrəvan Rusiyanın narazılığına səbəb olsa da NATO ilə daha sıx münasibətlər qurmaq istədiyini gizlətmir.

Ermənistan milli təhlükəsizlik şurasının katibi Armen Qriqoryan bunun səbəbini etiraf edib.

Rusiyanın "Kommersant” nəşrinə danışan Qriqoryan bildirib ki, Ermənistan Azərbaycan Ordusunun necə işlədiyini anlamaq və rəqibin ordusu kimi güclənmək üçün NATO ilə sıx əməkdaşlığı dəstəkləyir.

"İrəvan Əfqanıstan və Kosovoda mövcud sülh missiyaları çərçivəsində NATO ilə əməkdaşlığı davam etdirmək niyyətindədir. Ermənistan üçün bu əməkdaşlığın xeyri erməni hərbiçilərinin təcrübələrini artırmasıdır. Azərbaycan NATO ilə sıx əməkdaşlıq edir. Bu, Dağlıq Qarabağ münaqişəsində Azərbaycan üçün faydalıdır. Bununla yanaşı, azərbaycanlı hərbiçilər NATO üzvü olan Türkiyədə təlimlər keçirlər. Biz NATO ilə əməkdaşlıq edərək, bu strukturu anlamaq və Azərbaycan ordusunun necə işlədiyini bilmək istəyirik”, - deyə Qriqoryan etiraf edib.

Lakin o, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasını istisna edib.

A.Qriqoryan həmçinin, Ermənistanın cəbhədə hücuma keçə biləcəyini də qeyd edib: "Dağlıq Qarabağ məsələsində İrəvanın hazırkı siyasəti "fəal müdafiə” kimi səciyyələnir, lakin bu təkcə müdafiədən ibarət deyil. Biz hansısa önləyici addımlar da ata bilərik”.

mənbə: publika.az

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol