• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: erməni pilotlarının cəsədləri azərbaycanlı girovlara dəyişdirilsin

Deputat: erməni pilotlarının cəsədləri azərbaycanlı girovlara dəyişdirilsin
18.11.2014 15:00
“Yaxşı imkan yaranıb”.

Həlak olmuş erməni pilotlarının cəsədlərini Xankəndində saxlanılan girovlarımız Şahbaz Quliyev və Dilqəm Əsgərovla dəyişmək lazımdır, bunu Milli Məclisin deputatı Elman Məmmədov Новости-Азербайджан-a deyib.

ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, üç azərbaycanlı Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov cari ilin iyun ayında Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda ermənilər tərəfindən girov götürülüb. Həsən Həsənov qətlə yetirilib, onun cəsədi Azərbaycan tərəfinə verilib.

Noyabrın 12-də, Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimali-şərqdə hava məkanında hərbi kurs göteürən və Azərbaycan mövqelərini atəşə tutumağa çalışan,  Ermənistan SQ məxsus Mi-24 helikopteri vurulub. Azərbaycan tərəfinin açdığı atəş nəticəsində düşmən helikopteri vurulub.“Vətəndaşlarımızın erməni əsriliyindən azad edilməsi üçün yaxşı imkan yaranıb, və Azərbaycan hakimiyyəti bu şansdan istifadə etməlidir”, - Məmmədov qeyd edib. “Erməni tərəfi həlak olmuş pilotlarının qaytarılması üçün Beynəlxalq Qırmızı Xaç cəmiyyətinə və digər beynəlxalq təşkilatlara müraciət edib. Mən Azərbaycan hakimiyyətinə erməni pilotlarının cəsədlərini Xankəndində saxlanılan, qeyri-qanuni olaraq mühakimə edilən və işgəncələrə məruz qalan iki azərbaycanlı əsirlərlə dəyişməyi təklif edirəm. Əminəm ki, Azərbaycan hökuməti məhz belə edəcək”, - deputat qeyd edib.İki cənubi Qafqaz ölkəsi arasında 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə başladı. Dağlıq Qarabağ və ona yaxın yeddi rayon - Azərbaycanın 20 faiz ərazisi Ermənistanın silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ilin may ayında tərəflər atəşkəs rejiminin yaranmasına nail oldular və indiyə qədər ATƏT-in Minsk  qrupunun və Rusiya, Fransa və ABŞ həmsədrliyinin vasitəçiliyi ilə uğursuz sülh  danışıqları aparılır. BMT-nin TŞ-nın Dağlıq Qarabağ və ona yaxın yeddi rayonun azad edilməsinə  dair qəbul etdiyi dörd bəyannamə hələ də Ermənistan tərəfindən yerinə yetirilməyib.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol