Məmmədyarov italiyalı həmkarı ilə görüşdü

Bakıda Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla İtaliyanın Xarici İşlər və beynəlxalq əməkdaşlıq naziri Entso Moavero Milanezi arasında görüş keçirilib.
Axar.az xəbər verir ki, E.Məmmədyarov və italiyalı həmkarı energetika, sənaye və nəqliyyat sahələri üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələsini, eləcə də aktual regional məsələləri müzakirə ediblər.
Bundan sonra görüş genişlənmiş formatda davam etdirilib.
Qeyd edək ki, E.M.Milanezi Bakıya İtaliya prezidenti Serco Mattarellanın başçılıq etdiyi nümayəndə heyətinin tərkibində gəlib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























