• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: Dünyanın təhlükəsizliyinə təhdidlər artır

İlham Əliyev: Dünyanın təhlükəsizliyinə təhdidlər artır
20.07.2018 12:41
Ölkə prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının iclasının iştirakçılarına məktub göndərib.

Oxu.Az-ın xəbərinə görə, məktubda qeyd olunur:

"Sizi Azərbaycanda salamlayır və Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclasının işində uğurlar arzulayıram.

Bu formatda iyirmi beş ildən artıq həyata keçirilən əməkdaşlıq müasir dövrdə beynəlxalq terrorçuluğun və transmilli mütəşəkkil cinayətkarlığın digər formalarının doğurduğu çağırış və təhdidlərə qarşı kollektiv mübarizənin səmərəliliyinin bariz nümunəsidir.

Ötən illər ərzində Daxili İşlər Nazirləri Şurası ictimai təhlükəsizliyin təmin edilməsi və cinayətkarlığa qarşı mübarizənin bütün istiqamətlərində mühüm işlər görüb və qarşılıqlı fəaliyyəti təmin edib.

Bunun nəticəsində əməkdaşlıq potensialı, məlumat mübadiləsi və birgə tədbirlərin keçirilməsinin effektivliyi əhəmiyyətli dərəcədə artıb.

Müasir dövrdə qloballaşma şəraitində ayrı-ayrı ölkələrin, regionların və bütövlükdə dünyanın təhlükəsizliyinə təhdidlər artmaqda davam edir, bu təhdidlərin həyata keçirilmə forma və üsulları isə daha da mürəkkəb və təhlükəli xarakter alır.

Bununla əlaqədar olaraq daxili işlər orqanları daim qabaqlayıcı tədbirlər görməyə və vəziyyətə adekvat reaksiya verməyə hazır olmalıdırlar.

Bu məsələlərdə müvafiq beynəlxalq qurumlar, xüsusilə Azərbaycanın uğurla əməkdaşlıq etdiyi Beynəlxalq Kriminal Polis Təşkilatı – İnterpol xətti ilə əlaqələr olduqca vacibdir.

Biz bu nüfuzlu beynəlxalq təşkilatın milli və beynəlxalq təhlükəsizliyin təmin edilməsi ilə bağlı informasiya və texniki dəstəyini yüksək qiymətləndiririk”.

Daha sonra qeyd edilir ki, Daxili İşlər Nazirləri Şurasının hazırkı iclasının Azərbaycan Xalq Cümhuriyyətinin, habelə Azərbaycan polisinin 100 illiyinin qeyd olunduğu ilə təsadüf etməsi əlamətdar haldır:

"Bu gün Azərbaycan, bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətə uyğun olaraq, güclü, müstəqil, demokratik və hüquqi dövlət kimi inkişaf etməkdədir.

Daxili işlər orqanları ölkəmizdə sabitliyin və qanunçuluğun təmin edilməsinə mühüm töhfə verir, beynəlxalq terrorçuluğa və dini ekstremizmə qarşı ciddi mübarizə aparırlar. Bu işdə MDB iştirakçısı olan dövlətlərin tərəfdaş təşkilatları ilə əməkdaşlığın gücləndirilməsi böyük əhəmiyyət kəsb edir.

Əminəm ki, Daxili İşlər Nazirləri Şurasının iclası çərçivəsində məhsuldar fikir mübadiləsinin aparılması ölkələrimizin rifahı naminə mövcud əməkdaşlığın daha da möhkəmlənməsinə əlavə təkan verəcəkdir”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol