İlham Əliyevdən yeni təyinat

Azərbaycan prezidenti İlham Əliyev Elçin İsmayıl oğlu Mirzəyevin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Elçin İsmayıl oğlu Mirzəyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru vəzifəsindən azad edilsin.Prezidentin digər sərəncamı ilə Taleh Məhəmməd oğlu Ziyadov Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru təyin edilib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























