• $
  • €
  • ₽
  • ₺
  • £

“Ermənilər Dilqəm Əsgərovu zəhərləyib” - Girovun oğlu

“Ermənilər Dilqəm Əsgərovu zəhərləyib” - Girovun oğlu
20.07.2018 16:42
Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun zəhərlənməsi ilə bağlı məlumatlar yayılıb.
 
Bu barədə AzVision.az-a girovun oğlu Kürdoğlu Əsgərov bildirib. Onun sözlərinə görə, D.Əsgərovun ermənilər tərəfindən zəhərlənməsi barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Roman adlı həkimi onun yaxın qohumuna məlumat verib.

"Qohumum Ağamalı Nəbiyev BQXK-nın Roman adlı həkimi ilə telefon əlaqəsi saxlayıb. Həkim ona atamın zəhərləndiyini, bu səbəbdən məktub yaza bilmədiyini deyib. Mən bunu sonradan bildim. Ağamalı yenidən Roman həkimlə əlaqə saxladı. O, bu dəfə özünün dediklərini təkzib etdi. BQXK-ya müraciət etdik. Cavab verdilər ki, atam ailəsinə məktub yazmaqdan imtina edib. Biz buna inanmırıq. Atamın sağ olub-olmadığına əmin deyiləm. Əgər atam zəhərlənməyibsə, vəziyyəti yaxşıdırsa, onun videgörüntülərini bizə təqdim etsinlər", - deyə K.Əsgərov vurğulayıb.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. 

İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol