• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik: Ermənilər helikopterin vurulduğu ərazidə təxribatlar törədir

Nazirlik: Ermənilər helikopterin vurulduğu ərazidə təxribatlar törədir
18.11.2014 10:19

Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdamda Azərbaycan hərbçiləri tərəfindən vurularaq məhv edilmiş Ermənistana məxsus hərbi helikopterin düşdüyü ərazini mütəmadi olaraq atəşə tutur, müxtəlif təxribatlar törədir.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bu haqda məlumatı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

V.Dərgahlı qeyd edib ki, məhz Ermənistan tərəfinin təxribat xarakterli atəşlərinin qarşılığında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənə cavab atəşi açmaq məcburiyyətində qalır. Sonra isə ermənilər bütün dünyaya bəyan edirlər ki, guya meyitlərini ərazidən çıxara bilmirlər: “Axı onlar deyirlər ki, guya helikopterlər qondarma qurumun "hava məkanından" Azərbaycan tərəfinə keçməyiblər. Ermənilərin məntiqi ilə vurulan helikopter də onlara tərəf düşməli idi. Əgər belədirsə, onda niyə meyitlərini çıxartmaq istəmirlər? Çünki bu hadisə bizim mövqelərimizin tam yaxınlığında olub. Ən əsası isə erməni tərəfi həmişə olduğu kimi xeyli səs-küy yaratmaqla, beynəlxalq qurumların fikrini yayındırmaqla növbəti dəfə bu məsələdən öz maraqları üçün istifadə etmək istəyir”.Xatırladaq ki, son günlər cəbhə xəttində atəşkəs rejiminin pozulması halları artıb. Atəşkəsin pozulması halları əsasən məhz cəbhənin Ağdam istiqamətində müşahidə edilir. Təkcə noyabrın 16-da cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 72 dəfə pozulub, ermənilər tərəfindən Ağdam rayonunun Şıxlar, Şuraabad, Kəngərli, Mərzili, Yusifcanlı, Baş Qərvənd kəndləri intensiv atəşə tutulub.Qeyd edək ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib. Ermənistan tərəfinin məlumatına görə. məhv edilmiş helikopterdə olan 3 hərbi qulluqçu həlak olub.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol