• $
  • €
  • ₽
  • ₺
  • £

“Tutun məni, Azərbaycana hədiyyə edin…” – Köçəryan qandallana bilər

“Tutun məni, Azərbaycana hədiyyə edin…” – Köçəryan qandallana bilər
27.07.2018 11:16
Ermənistanın keçmiş prezidenti, 2008-ci il 1 mart hadisələrinin istintaqı çərçivəsində konstitusion quruluşu devirmək cəhdi ittihamı ilə ötən gün dindirilən Robert Köçəryan daha istintaqa ifadə verməyəcəyini bildirib.

Erməni KİV-ləri xəbər verir ki, Köçəryan İstintaq Xidmətindən çıxandan sonra "Yerkir media” telekanalına müsahibə verib və barəsində irəli sürülən ittihamları "saxta, qurama” adlandırıb, istintaqa cəlb edilməsini "siyasi təqib” adlandırıb.

Bu gün Köçəryan barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə çıxarılacaq və onun həbsi istisna deyil.

"İndi onlar mənim həbsimə nail olmaq istəyirlər. Yəni Dağlıq Qarabağın birinci prezidentinin, həmin prezidentinin ki, Qarabağ şanlı qələbə qazanıb və onun vaxtında təhlükəsizlik zolağı formalaşdırılıb. Ermənistanın ikinci prezidentini, hansı ki, onun vaxtında iqtisadiyyat 5 faiz artıb. İttihamlar quramadır. Azərbaycanda hansı təntənə, sevinc hiss etdiklərini təsəvvür edə bilərəm. Onlara belə hədiyyə edin”-Robert Köçəryan Azərbaycan ərazilərinin işğalındakı xidmətlərinə eyhamla bildirib.

Köçəryan deyib ki, təslim olmaq fikrində deyil və axıra qədər mübarizə aparacaq. "Kütlələrin əhval-ruhiyyəsini hüquqi məkana daşımaq istəyirlər. Belə çıxır ki, 2008-ci ildə cəmi 21.5 faiz səs yığan Levon Ter-Petrosyan əslində həmin seçkiləri udubmuş. Bu reallıqdan tamamilə uzaqdır və sevgi, həmrəyıik şüarları altında baş tutmuş məxməri inqilab tərəfindən siyasi təqiblərdir”-o bildirib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol