• $
  • €
  • ₽
  • ₺
  • £

Səfir: Bir Qarabağlı olaraq təbii ki, adam əsəbləşir - VİDEO

Səfir: Bir Qarabağlı olaraq təbii ki, adam əsəbləşir - VİDEO
17.11.2014 10:00
Bu da faktdır ki, aydın səmada bomba kimi partlamış helikopterə Rusiyanın necə reaksiya verəcəyinin xüsusi əhəmiyyəti var idi. Çünki Azərbaycan, eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü və Rusiyanın ən yaxın müttəfiqinin helikopterini vurmuşdu. Bax, elə bu zaman Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun səsi gəldi. O, “Moskovkiy Komsomolets” qəzetinə verdiyi müsahibədə soyuqqanlı bir həqiqət ortaya qoydu. Məlum oldu ki, Rusiyadan sərt cavab addımları gözləyənlər sadəcə ya potensial qorxaqlar və yaraşığı yalnız ehtiyatdan ibarət olan igidlərdir.Müsahibəni təqdim edirik:- Bildiyiniz kimi Rusiya ATƏT üzvləri arasında ən başlıca ölkələrdən biridir. Ağdamda Ermənistan helikopterinin vurulması hadisəsinə rəsmi Moskvanın mövqeyi sizi qane edirmi? - Bu suala cavab vermək mənim üçün çox çətindir. Təbii ki, bir azərbaycanlı olaraq, qarabağlı olaraq məni qane etmir. Amma bir diplomat olaraq, səfir olaraq mən bunu qabul etməliyəm. Onun üçün isə görünən tərəf çox tarazlaşdırılmış belə bir mövqe tutub. Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı demək olar ki, kifayət qədər düşünülmüşdür. Təbii ki, Ermənistan Rusiyanın strateji tərəfdaşıdır. Ermənistan həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT), həm də Avrasiya İqtisadi İttifaqın üzvüdür.Təbii ki, Ermənistanın əleyhinə Rusiyada heç bir rəsmi qurum heç bir şey deməyəcək. Hamı əhvalatı bilir. Hamı bilir ki, bu torpaqlar Azərbaycanın torpaqlarıdır. Onlar işğal olunub. Bu, Ermənistanın Azərbaycan qarşı düşünülmüş bir provokasiyasıdır. Sən özgənin torpağında niyə hərbi təlimlər keçirirsən? Sən bilmirsən ki, onun nəticəsi nə olacaq? Bizim Müdafiə və Xarici İşlər Nazirliklərimiz bəyanat verib. Buna baxmayaraq yenə də Ermənistan hərbi təlimləri bizim torpaqlarımızda keçirirlər. Hesab edirəm ki, Azərbaycan ordusu çox düzgün cavab verib. Bundan sonra da belə etmək lazımdır. Öz gücümüzü düşmənə göstərməliyik. Hörmətli prezidentimiz dəfələrlə deyib ki, gücümüz də, imkanımız da var və lazım gələn vaxtda bunlar hamısı işə düşəcək. Bilməlidirlər ki, belə olmaz. Məni bir az yandıran odur ki, biz hər dəfə bu həqiqəti sübut etməliyik. Bax adamı bu yandırır. Yəni bu göz qabağındadır. Xəritələrdə hər bir şey aydındır. Hamı bilir kim kimin torpağını işğal edib. Amma hamısı çalışırlar ki, onları da və bizi də incitməsinlər. Mən səfir olaraq çox sərt bəyanatlar vermişəm. Yəni diplomatiyanın da öz qırmızı xətti var onu keçmək olmaz. Amma bir insan, bir azərbaycanlı, bir Qarabağlı olaraq təbii ki, adam əsəbləşir. Ona görə də biz əlimizdən gələni burada edirik. Bu günlərdə biz politoloqlarla, ekspertlərlə görüşürük, Azərbaycanın mövqeyinin bir daha aydın sürətdə onlara çatdırırıq və deyirik. Hazırda bizim bütün diplomatlar səfərbər olub. Biz hamımız bu işlə məşğuluq. Və bu işi davam etdirmək lazımdır. Mən burada mətbuatda bəyan etmişəm ki, nə qədər Ermənistan ordusu Azərbaycan torpaqlarından çəkilməsə, o qədər biz bu işi davam etdirəcəyik.Bu günlərdə məlum oldu ki, helikopter Ermənistana məxsusdur, hərbiçilər də Ermənistan ordusunun zabitləridir. Amma burada da qondarma Dağlıq Qarabağ respublikası deyir ki, bizimkidir. Mən hesab edirəm ki, Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan ordusu bu məsələlərə çox sərt mövqe bildirməlidir və çox sərt bir şəkildə öz işini görməlidir. Daha çox istərdim ki, biz burda, yəni Moskvada olarkən bizim cəmiyyətimiz, siyasi partiyalarımız, hətta müxalif təşkilatlar reaksiya versinlər. Bu ümümxalq bir məsələdir. Hamı bir yumruq olaraq birləşməlidir. Baxmayaraq ki, kiminsə-kimdənsə xoşu gəlmir. Kimsə ayrı mövqedədi. - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja açıqlamasında helikopterlə bağlı insidentin regiondakı vəziyyəti daha da gərginləşdirəcəyini deyib. Siz onun bu bəyanatını necə qiymətləndirisiniz?- Bunu cənab Bordyuja düz deyib. Bəli gərginləşə bilər. Mən ona görə sərt cavab verdim ki, cənab Bordyuja bir neçə dəfə belə bəyanatlarla çıxış edib. Amma ordu generalı olaraq birinci növbədə o, təşkilatın rəhbəri kimi öz üzvünə deməli idi, onları başa salmalı idi ki, işğal olunmuş torpaqlarda hərbi təlim keçirmək olmaz. Ona görə mən bir az sərt olaraq ona dedim ki, Rusiya sərhədini hansısa, hərbi təyyarə, hərbi helikopter keçsə, Rusiya ona nə edəcək? Ordumuz çox düzgün mövqedədir. Təbii ki, biz Azərbaycan mövqeyini bundan sonrada qoruyacayıq və kimə lazımdır sərt cavabları da verəcəyik.//Oxu.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol