• $
  • €
  • ₽
  • ₺
  • £

Ordumuz "düşmən gəmiləri"ni məhv etdi

Ordumuz "düşmən gəmiləri"ni məhv etdi
16.11.2014 14:30

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və ьüdafiə nazirinin birinci müavini - Silahlı Qüvvәlərin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə noyabrın 13-dən Hərbi Dəniz Qüvvәləri tam heyətdə, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunlarının hissə və bölmələri, Fövqaladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin iştirakı ilə birgə əməliyyat-taktiki təlimləri keçirilir.

Qaynar.info xəbər verir ki, təlimin birinci mərhələsində Hərbi Dəniz Qüvvələrinin qüvvə və vasitələri tam döyüşə hazır vəziyyətə gətirilərək gəmi qruplarının, hissə və bölmələrin cəmləşmə rayonlarına çıxıb və əsas baza məntəqəsinin mühafizə və müdafiəsinin təşkilini müvaffəqiyyətlə icra edib. Əlavə olaraq şəxsi heyət və silahlarla komplektləşdirmə tədbirləri də başa çatdırılıb. 

İkinci mərhələdə Hərbi Dəniz Qüvvələrinin qərargahında Hərbi Hava Qüvvələri, Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsi və Fövqəladə Hallar Nazirliyi ilə qarşılıqlı əlaqədə dəniz sərhədlərinin, Xəzər dənizinin Azərbaycana məxsus hissəsində neft-qaz infrastrukturu obyektlərinin mühafizə və müdafiəsi üzrə əməliyyatların planlaşdırılması həyata keçirilib və Hərbi Dəniz Qüvvələrinin gəmi, hissə və bölmələrinə döyüş tapşırıqlarının çatdırılması yekunlaşdırılıb.

Üçüncü mərhələdə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri və helikopterlərinin dəstəyi ilə düşmən gəmilərinin və terror-diversiya qruplarının məhv edilməsi üzrə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər. Təlimlərə cəlb olunan bütün növ qüvvə və vasitələrdən döyüş atışları icra olunub. 

Aktiv faza zamanı terrorçular tərəfindən ələ keçirilən bazanın məhv edilməsi, suüstü gəminin və heyət üzvlərinin azad edilməsi, boru kəmərinin monitorinqi, terrorçular tərəfindən ələ keçirilən neft özülünün azad edilməsi, Xəzər dənizinin əməliyyat zonasına daxil olan düşmən gəmilərinin məhv edilməsi, gəmilərin orderə düzülərək hərəkəti, Böyük-Zirə adasının cənub reyd istiqamətində dənizlə keçidi, gəmilərin mühafizə olunmayan reyddə lövbərə durması və hərəkətdə universal müdafiəsinin təşkili üzrə tapşırıqlar hərbçilərimiz tərəfindən uğurla icra edilir.

Təlimlər noyabrın 17-dək davam edəcək.

Qaynar.info

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol