Çexiya Azərbaycana yeni səfir təyin etdi

Hazırda Çexiyanın Belarusdakı səfiri olan Milan Ekert diplomatik missiyasını Azərbaycanda davam etdirəcək.
Oxu.Az bununla bağlı Çexiyanın SKT agentliyinə istinadla xəbər verir.
Bildirilib ki, Çexiya Azərbaycan, Asvtraliya və Sloveniyaya yeni səfirlər təyin edəcək.
"Belarus səfiri Milan Ekert Azərbaycana səfir göndəriləcək. Çexiyanın Bakıdakı sabiq səfiri Vitezslav Pivonka bu ilin əvvəlində Moskvadakı səfir Vladimir Remeki əvəz edib”, - məlumatda qeyd edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























