• $
  • €
  • ₽
  • ₺
  • £

Tiflisdə Saakaşvilli tərəfdarlarının mitinqi keçirilib

Tiflisdə Saakaşvilli tərəfdarlarının mitinqi keçirilib
16.11.2014 09:30

Tiflisdə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvillinin təsis etdiyi “Vahid Milli Hərəkat” müxalifət partiyasının mitinqi keçirilib.

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, aksiyada 20 minədək etirazçı iştirak edib. Müxalifətin təşkil etdiyi mitinq Abxaziyanın Rusiya tərəfindən işğal olunmasına etiraz  məqsədi güdüb. Aksiyanın keçirilməsinə əsas səbəb Rusiya və separatçı Abxaziya rejimi arasında bağlamış  geniş inteqrasiya  və birgə ordunun yaradılması haqqında müqavilə olub. Məlumata görə, bəzi aksiya iştirakçılarının əlində üzərində “Rusiyanı dayandıraq” şüarı yazılmış Rusiya prezidenti V.Putinin portreti olub.   

 

 “İnterfaks”-ın xəbərinə görə,  Saakaşvilinin özü Kiyevdən  yaradılan videobağlantı vasitəsi ilə aksiyada çıxış edib.  “Bir tərəfdən Avropaya boylanan Gürcüstan, o biri tərəfdən isə  Rusiya ilə addımlarını razılaşdıran Gürcüstan var. Biz Gürcüstan hökumətinə xalqın vahid və məğlubedilməz olduğunu göstərməliyik ”, deyə Saakaşvili bildirib.

 

Onun sözlərinə görə, keçmiş baş nazir Bidzina İvanişvili Gürcüstanı pərdə arxasından idarə edir.

Saakaşvilinin çıxışından sonra Gürcüstan və Avropa İttifaqının himni səsləndirilib. 

APA

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol