• $
  • €
  • ₽
  • ₺
  • £

Mattarella Bakıdan sonra niyə İrəvana getdi?

Mattarella Bakıdan sonra niyə İrəvana getdi?
31.07.2018 18:19
Ümumiyyətlə, protokol xarakteri daşıyan bu səfərin heç bir əhəmiyyəti yoxdur.

Bu sözləri Axar.az-a İtaliya prezidentinin Azərbaycandan sonra İrəvana səfəri haqda danışan millət vəkili Rasim Musabəyov deyib.

"İtaliya ilə Ermənistan arasında əməkdaşlıq üçün heç bir predmet yoxdur. Bu səfər rəmzi xarakter daşıyır. Digər tərəfdən, Ermənistanı sözügedən ölkə ilə hansısa iqtisadi və siyasi əlaqələr bağlamır. Ancaq İtaliya Prezidenti Sercio Mattarella Azərbaycanda böyük bir müəssisənin açılışında iştirak etdi. Bu onu müşayiət edən iş adamları üçün xeyli maraq kəsb edir. O üzdən Mattarellanın Azərbaycana səfəri bir çox aspektdən mühüm əhəmiyyətə malikdir”, - deputat bildirib.

Politoloq Elxan Şahinoğlu qeyd edib ki, İtaliya ilə Azərbaycan arasındakı əməkdaşlıq imkanları İtaliya-Ermənistan arasındakı əməkdaşlıq imkanlarından daha genişdir:

"İtaliya ilə Azərbaycan arasında ticarət mübadiləsi milyardlarla dollarla ölçülür. Buna görə də İtaliya prezidenti Ermənistanda daha çox humanitar əlaqələrdən və tarixi yaxınlıqdan danışdı”.

Qeyd edək ki, İtaliya Prezidenti Sercio Matarella Bakıya səfərinin ardından ötən gün Ermənistana gedib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol