Oğurlandığı iddia olunan jurnalist Aqil Ələsgərin yeri bilindi

İyulun 30-u axşam saatlarında oğurlandığı iddia edilən "Yeni Çağ” Media Qrupunun direktoru Fərəcov Aqil Ələsgər oğlunun polislər tərəfindən saxlanıldığı və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığı məlum olub, bu barədə Mətbuat Şurasının rəhbəri flatun Amaşov məlumat verib.
Mətbuat Şurasının sədri, Əflatun Amaşov məsələ ilə bağlı şəxsi "facebook” səhifəsində yazıb ki, iş gününün sonuna doğru "Yeni Çağ” saytının baş redaktoru Aqil Ələsgərin yaxınları tərəfindən ona müraciət edilib. Jurnalistlə əlaqə yaratmağın mümkünsüzlüyü bildirilib. Bütün əlaqədar qurumlarla təmaslar qurulub və nəhayət yeri müəyyənləşdirilib. "Aldığımız ilkin məlumat bu oldu ki, Aqil Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Gec oldugundan məsul şəxslərlə əlaqə saxlamaq mümkün olmadı. Ancaq sabah işimizi davam etdirəcəyik. İlk addım kimi Azərbaycan Mətbuat Şurası adından Daxili İşlər Nazirliyinə müraciət ünvanlayacağıq. Jurnalistin saxlanılma səbəbini aydınlaşdırmaq lazımdır. Əlbəttə, Aqil Ələsgərlə bağlı məsələnin ədalətli, qanunlarımız çərçivəsində həlli vacibdir və buna çalışacağıq. Ümumən məsələ diqqətimizdədir”, deyə Amaşov vurğulayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























