Erməni siyasətçidən etiraf - “Qarabağı işğal etmişik, Azərbaycana qaytarılmalıdır”

"Erməni Milli Konqresi”nin üzvü Zoya Tadevosyan bu gün jurnalistlərlə görüşündə Qarabağı Azərbaycanın işğal edilmiş ərazisi adlandırıb.
"Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, münaqişənin həlli üçün işğal etdikləri torpaqları Azərbaycana qaytarmalı olduqlarını bildirib:
Jurnalistlərdən birinin "bu bəyanat ərazilərin işğal edildiyi deməkdir” sözlərinə Tadevosyan "Bu torpaqlar ermənilərindir?” sualı ilə cavab verib.
Erməni siyasətçi Azərbaycan torpaqlarının geri qaytarılmasının vacibliyini vurğulayıb:
"Heç kim məndən inciməsin. Ancaq bu məsələləri mən həll etmirəm. Bu məsələ hər zaman həmsədrlərin qarşısında qoyulub və danışıqlar masasında müzakirə edilib. Əgər münaqişənin həlli ərazilərin qaytarılmasını tələb edirsə, əlbəttə bu addımı atmalıyıq. Bütün ölkələr məsələnin həlli yolunu bunda görürsə, razılaşmalıyıq...”.
Jurnalistlərdən birinin erməni tərəfin bu əraziləri işğal edilmiş yox, azad olunmuş hesab etdiyini deməsinə isə Zoya Tadevosyan "Bu, Ermənistanın mövqeyidir. Beynəlxalq ictimaiyyət isə başqa cür düşünür - əraziləri işğal edilmiş adlandırır” sözləri ilə reaksiya verib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























