• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir şəhid ailələrinə vaxt verdi

Nazir şəhid ailələrinə vaxt verdi
04.08.2018 16:07
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yaradılmış komissiyanın növbəti iclası olub.


Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən xəbərə görə, komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkə başçısının uğurlu sosial siyasətinin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə şərait yaratdığını vurğulayıb. Nazir bildirib ki, dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2 avqust 2018-ci il tarixli Sərəncamı bu kateqoriyadan olan insanlara xüsusi qayğının daha bir əyani təsdiqidir. Bu il ƏƏSMN tərəfindən 207 mənzilin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə verilməsi planlaşdırılıb. Qeyd olunan Sərəncam isə daha 300 mənzilin alınması üçün 2018-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 20 milyon manat vəsaitin ayrılmasını nəzərdə tutur ki, bu da cari ildə 500-dən çox mənzilin alınaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunmasına imkan verir.


S.Babayev 19 aprel 2018-ci il tarixli Fərmanın da şəhid ailələrinin sosial müdafiəsində mühüm addım olduğunu qeyd edib. O, Fərmanın icrasının tam şəffaf, vətəndaş məmnunluğuna səbəb olacaq şəkildə yerinə yetirilməsi üçün komissiya tərəfindən ötən dövrdə aparılan işlər haqqında məlumat verib. Nazir vurğulayıb ki, ƏƏSMN-in müəyyən etdiyi formalara uyğun olaraq, artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını, Ədliyyə Nazirliyi həmin şəhid hərbi qulluqçulardan sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olanların siyahısını, Dövlət Sığorta Kommersiya Şirkəti isə vərəsələrinə sığorta ödənişi verilmiş hərbi qulluqçuların siyahısını nazirliyə təqdim edib. Hazırda bu siyahılar üzərində müvafiq dəqiqləşdirmə işləri aparılır. Həmin işlərin sentyabr ayında yekunlaşdırılması planlaşdırılır.


Nazir dəqiqləşdirilmiş yekun siyahının gələn ay ərzində nazirliyin rəsmi saytında dərc ediləcəyini deyib. O qeyd edib ki, siyahının dərc edilməsi və vətəndaşların həmin siyahı əsasında vərəsəlik hüquqlarını təsdiq edən sənədləri almaq üçün notariat orqanlarına müraciət etmələri barədə əhalinin kütləvi informasiya vasitələri vasitəsilə geniş məlumatlandırılması təmin olunacaq. Aidiyyəti elektron sistemlər arasında əlaqə qurulacaq və vətəndaşa həmin vərəsəlik sənədi verildiyi andan (saat və dəqiqə qeyd olunmaqla) o, nazirliyin elektron sistemində növbəyə götürüləcək. Yəni növbəliliyin tərtibi prosesində insan faktoru iştirak etməyəcək, bu, elektron qaydada, tam obyektiv şəkildə həyata keçiriləcək. Birdəfəlik ödənişlər də məhz növbəlilik əsasında həyata keçiriləcək.


İclasda həmçinin komissiyanın qarşısında duran vəzifələrin icrası, müvafiq siyahılar əsasında dəqiqləşdirilmiş yekun siyahının tərtibi məsələləri müzakirə olunub

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol