• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağın həlli üçün pozitiv bəyanatlar... - VIDEO

Qarabağın həlli üçün pozitiv bəyanatlar... - VIDEO
07.08.2018 14:32
Son vaxtlar danışıqları pozitiv istiqamətə apara biləcək kifayət qədər siyasi bəyanatlar olub.

Bu sözləri Axar.az-a Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun "Ria Novosti”yə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dair fikirlərinə münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Elmar Məmmədyarovun da müsahibəsində irəli sürdüyü təkliflər kifayət qədər konstruktivdir:

"Bu təkliflər ətrafında erməni tərəfi ciddi düşünməli və seçim etməlidir. Çünki danışıqlar prosesi gündəlikdən çıxarılsa, onda danışıqların alternativi meydana gələcək ki, bu da ermənilər üçün heç əlverişli olmayacaq. Azərbaycan tərəfi indiyə qədər danışıqlar prosesində qət edilmiş məsafənin üstündən xətt çəkməmək şərti ilə bu proseslərin davam etdirilməsini istəyir. Danışıqlar prosesi danışıqlar naminə aparılmamalıdır. Substantiv danışıqlar dedikdə biz danışıqlar prosesinin ardıcıl surətdə davam etdirilməsi, ortaya konkret müzakirə məsələlərinin çıxarılması və müzakirədə irəliyə doğru addımlar atılmasını nəzərdə tuturuq. Ermənistanın buna hazır olub-olmadığını demək çox çətindir. Çünki Ermənistan siyasi rəhbərliyi tez-tez fikirlərini dəyişir”.

Politoloq vurğulayıb ki, münaqişənin həlli üçün müsbət istiqamətdə beynəlxalq səviyyədə bəyanatlar səsləndirilir:

"Bunlardan biri NATO-nun zirvə toplantısında səsləndirilib və burada münaqişənin Azərbaycanın ərazi bütövlüyünə əsaslanmaqla həll edilməsi vurğulanıb. AB də dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Dağlıq Qarabağ probleminin ərazi bütövlüyü çərçivəsində həll edilməsini tələb edib. Yəni beynəlxalq hüququn əsas prinsipi olan ərazi bütövlüyü məsələsi bu gün gündəmdə olan məsələlərdən biridir. Bu məsələnin həll edilməsi istiqamətində lazımi addımlar atılmalıdır”.

Politoloqun sözlərinə görə, Ermənistan indiyə qədər danışıqlardan imtina edirdi:

"Amma son dövrlər bəzi təzyiqlərdən sonra Ermənistan tərəfi danışıqlar prosesinə qatılmaq haqqında qərar verdi. Onların bu qərara əməl edəcəyi görünür. Çox təəssüflər olsun ki, Ermənistan siyasi rəhbərliyi hərdəmxəyal, eyni zamanda radikal xətt tutmağı özlərinə adət etmiş adamlardır. Onlar beynəlxaq ictimai fikri də qətiyyən nəzərə almaq niyyətində olmadıqlarını sübut edirlər. Bütün bunları nəzərə alaraq, qeyd etmək lazımdır ki, Azərbaycan tərəfi Ermənistandan konstruktiv təkliflər gözləyir. Yəni işğal faktorunu aradan qaldıra biləcək təkliflər müzakirə olunmalıdır”.

Qeyd edək ki, RİA "Novosti"yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Bakı dialoqa açıqdır, lakin danışıqlarda işğaldan azad edilmə prosesinin başlaması hədəflənməlidir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol