• $
  • €
  • ₽
  • ₺
  • £

Polad Bülbüloğlu: Rusiyanın dövlət siyasəti...

Polad Bülbüloğlu: Rusiyanın dövlət siyasəti...
13.11.2014 19:36
“ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın dövlət siyasəti qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımamaqdır”. “Rusiya Xarici İşlər Nazirliyinin qəbul etdiyi sənədlərə istinadən deyirəm ki, “Dağlıq Qarabağ Respublikası” adlı qondarma qurumun Moskvada heç bir nümayəndəliyi yoxdur”.

ANN.Az APA-ya istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfir Polad Bülbüloğlu “Kommersant” radiosuna müsahibəsində deyib.

Sözügedən radionun qondarma “Dağlıq Qarabağ Respublikası”nın Moskvadakı nümayəndəsi adlandırdığı şəxsin açıqlamasını efirə verməsinə münasibət bildirən səfir belə bir nüfuzlu kanalın həmin şəxsə efir verməsinin Azərbaycan tərəfində təəccüb doğurduğunu bildirib: “Rusiya Federasiyası ATƏT-in Minsk qrupunun həmsədri kimi Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağ hazırda Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazisidir. Sizdən xahiş edirəm ki, gələcəkdə öz redaksiya siyasətinizi dövlət siyasəti ilə uyğunlaşdırasınız. Çünki ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın dövlət siyasəti qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımamaqdır. Məndə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi notası var və orada göstərilir ki, Rusiya Dağlıq Qarabağı respublika kimi tanımır və Dağlıq Qarabağın Rusiya ərazisində heç bir nümayəndəliyi yoxdur”.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol