Azərbaycan sədrliyi Belçikaya təhvil verdi

Bu gün Avropa Şurası (AŞ) Nazirlər Komitəsində sədrlik Azərbaycandan Belçikaya keçib.
ANN.Az Trend-ə istinadən məlumat verir ki, bu barədə Avropa Şurasının mətbuat xidmətindən məlumat verilib.
Xarici işlər naziri Elmar Məmmədyarov sədrliyi Belçikaya təhvil verməzdən öncə Azərbaycanın Nazirlər Komitəsində sədrliyi dövründə əldə etdiyi nailiyyətlər barədə ümumi məlumat verib.AŞ Nazirlər Komitəsinin yeni sədri, Belçika Baş nazirinin müavini və xarici və Avropa işləri üzrə nazir Didye Reynders ölkəsinin altı ay davam edəcək sədrliyi dövründə prioritetlərini təqdim edib.ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























