• $
  • €
  • ₽
  • ₺
  • £

Tacikistan prezidentini Bakıya gətirən mühüm – Səbəblər

Tacikistan prezidentini Bakıya gətirən mühüm – Səbəblər
11.08.2018 12:11
Tacikistan prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafına ciddi təkan verəcək çoxsaylı sənədlərin imzalanması ilə yadda qaldı.

Bu sözləri Axar.az-a Tacikistan Prezidenti İmaməli Rəhmanın Bakıya səfərini şərh edən millət vəkili Hikmət Babaoğlu deyib. Millət vəkili vurğulayıb ki, iki ölkə arasında imzalanan sənədlər təhsil, mədəniyyət, humanitar sahədən tutmuş iqtisadiyyat və sənaye sahələrinə qədər geniş spektri nəzərdə tutur:

"Əldə olunan razılaşmalar hər iki tərəfə iqtisadi və siyasi dividentlər vəd edir. Siyasi sahədə Tacikistan və Azərbaycan həmişə bir-birinə dəstək verib və bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq qarşılıqlı şəkildə maraqlarını müdafiə ediblər. Eyni zamanda İslam Əməkdaşlığı Təşkilatı və Müstəqil Dövlətlər Birliyi kimi regional təşkilatlarda da daima qarşılıqlı maraqlar nəzərə alınıb. İqtisadi sahədə isə Tacikistan Azərbaycanın neft məhsullarına, eyni zamanda, metallurgiya sahəsinə ciddi maraq göstərir. Çünki bu ölkənin enerji və karbohidrogen ehtiyatları yox dərəcəsindədir. Eyni zamanda, coğrafi nöqteyi-nəzərdən nəqliyyat kommunikasiya baxımından da bu ölkənin yeri bir o qədər də əlverişli deyil. Ona görə də Azərbaycanın adlı çəkilən sahələrdə yaratdığı yeni imkanlar ölkəmizi Tacikistan üçün cazibədar edir”.

Millət vəkilinin sözlərinə görə, istər "İpək Yolu” nəqliyyat dəhlizi, istərsə də Azərbaycanın neft- kimya sənayesi Tacikistan iqtisadiyyatının inkişafına mühüm perspektivlər vəd edə bilər:

"Ona görə imzalanan sənədlər arasında bu kimi məsələlər də öz əksini tapmış oldu. Bu həm də Azərbaycanın iqtisadi maraqlarının təmin olunması deməkdir. Səfər zamanı ən mühüm hadisələrindən biri isə prezidentlər tərəfindən imzalanan birgə bəyannamə oldu. Bu, ölkəmiz üçün çox mühüm idi. Bəyannamədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığı çərçivəsində, eyni zamanda BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında öz həllini tapması Tacikistan tərəfindən dəstəklənir ki, bu da həm beynəlxalq hüquq həm də ədalətin təmin olunması baxımından son dərəcə əhəmiyyətlidir. Bütün bunları nəzərə alsaq, Tacikistan prezidentinin Azərbaycana səfərinin hər iki ölkənin milli maraqlarının təmin olunması baxımında qarşılıqlı faydalı səfər hesab edə bilərik”.

Qeyd edək ki, Tacikistan Prezidenti İmaməli Rəhman avqustun 9-da Azərbaycanda rəsmi səfərdə olub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol