• $
  • €
  • ₽
  • ₺
  • £

İlqar Məmmədovun azadlığa çıxmasının səbəbi Merkeldir? - AÇIQLAMA

İlqar Məmmədovun azadlığa çıxmasının səbəbi Merkeldir? - AÇIQLAMA
17.08.2018 10:21
Almaniya kansleri Angela Merkelin Azərbaycana səfər vaxtı müəyyən olub. Angela Merkel avqustun 25-də Bakıda səfərdə olacaq.

BiG.AZ xəbər verir ki, Milli Məclisin deputatı, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tahir Kərimli Modern.az saytına açıqlamasında deyib ki, Avropanın böyük dövlət rəhbərlərinin Azərbaycana səfər etməsi bizim üçün çox yaxşı haldır:

"Bildiyiniz kimi bu yaxınlarda İtaliyanın prezidenti və digər ölkələrin rəhbərləri də ölkəmizə səfərlər etdilər. Əlbəttə, Almaniya dünyanın dördüncü iqtisadi gücə malik dövlətidir. Həmçinin dünyada bir nömrəli qadın siyasətçi hesab edilən Angela Merkelin səfərinin xüsusi əhəmiyyəti var. Heç şübhəsiz ki, həm Avropa Birliyində, həm də dünyada Merkel ciddi nüfuz sahibidir və müəyyən hadisələrə təsir edə bilir. Hətta bəzən Avropanın bütünlükdə həll edə bilmədiyi məsələni Merkel öz təşəbbüsü ilə, Amerika, Rusiya və bu kimi dövlətlərlə danışıqlar yolu ilə qaydaya salır. Belə nüfuzlu şəxsin Azərbaycana səfəri alqışlanmalıdır. Merkelin ölkəmizin milli problemləri – Qarabağ məsələsi ilə bir daha əyani, vətənimizdə tanış olma imkanları yaranır. Almaniya bir neçə dəfə Azərbaycanı müdafiə edib və ona görə də biz onun ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmasını arzu etmişik. Tarixən Azərbaycan xalqının birmənalı şəkildə almanlara hörməti olub. Almaniya-Azərbaycan dostluğunun möhkəmlənməsi çox önəmlidir və bu, ölkəmizə fayda verəcək. Eyni zamanda hesab edirəm ki, bu, Azərbaycanın geosiyasi, kommunikasiya vəziyyətinin əhəmiyyətini də artıracaq. İki dövlət arasında ciddi razılıqların əldə ediləcəyini fikirləşirəm”.

Digər tərəfdən REAL partiyasının sədri İlqar Məmmədovun azadlığa buraxılmasını Angela Merkelin Azərbaycana səfəri ilə əlaqələndirənlər kifayət qədərdir. Deputat bu məsələyə də toxunub:

"Mən hətta Milli Məclisdə demişdim ki, heç bir Avropa Şurasından və başqalarından asılı olmayaraq Azərbaycan özü bu addımı atmalıdır. Ölkəmizin öz məhkəmə sistemi var. Hansısa beynəlxalq qurumların bizə təzyiq etməsini gözləməməliyik.

Düşünürəm ki, əvvəla hər bir halda İlqar Məmmədov haqqında məhkəmə hökmünün dəyişdirilib yumşaldılması Azərbaycan xalqını, cəmiyyətini razı salan addımdır. Amma Merkelin gəlişinin buna təsir etdiyini sübut etmək üçün əlimdə əsas yoxdur. Hər halda bu, Avropa və onun mərkəzi tribunası Almaniya, onun başçısı üçün mülahizə olunan bir mesajdır. Yəni insan hüquqları ilə bağlı Avropa Məhkəməsinin qərarlarının yerinə yetirilməsi sayəsində Azərbaycan beynəlxalq təcrübəyə riayət edir”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol