• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir ölkə ABŞ məhsullarını boykot etdi

Daha bir ölkə ABŞ məhsullarını boykot etdi
24.08.2018 22:37
Mərakeşdə "Türk lirəsinə dəstək və ABŞ məhsullarını boykot” adı altında kampaniya başladılıb.
Anews.az Publika.az-a istinadən xəbər verir ki, Türkiyə iqtisadiyyatına yönələn təxribat xarakterli hücumlara qarşı cavab olaraq Mərakeş də öz dəstəyini irəli sürüb. "Türk lirəsinə dəstək və ABŞ məhsullarını boykot” kampaniyası başladan hakimiyyət müsəlman ölkələrini türk məhsulları almağa və Türkiyəyə səyahət etməyə çağırıb.
Feysbuk və Tvitter sosial şəbəkələrindən aparılan kampaniyaya minlərlə vətəndaş dəstək verib. Türk lirəsini dəstəkləyin haştaqı ilə mərakeşlilər tərəfindən edilən paylaşımlar Misir, İraq, Suriya, Tunisdə də maraqla qarşılanıb.
Mərakeşli jurnalist özünün Feysbuk səhifəsində "ABŞ-ı boykot edin. Amerikan məhsullarını boykot edin. Türkiyəyə kömək etmək bütün müsəlmanların borcudur. Türkiyə hər kəsdən üstündür” deyə çağırışlar edib:
"Türkiyə hazırda hegemon əsarətindən qurtularaq və azad olmaq üçün mübarizə aparır. Bu, bütün digər xalqlar üçün ideal bir modeldir. Türkiyənin ABŞ ağalığına qarşı apardığı mübarizədə ona son dərəcə dəstək olmaq lazımdır”
İraq, Suriya, Fələstin, Misir və Tunisdə də ictimai fəallar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məzlum xalqlara dəstək olduğunu xatırladaraq qlobal imperialist sistemdən xilas olmağın mümkün olduğunu sübut etməyə çalışan Türkiyəyə dəstək çağırışları ediblər: "İslam dünyasının yenidən şərəfli, qərarlarında müstəqil və rifah səviyyəsi yüksək günlərinə geri dönməsi üçün Türkiyənin iqtisadi savaşına dəstək verib İslam birliyi nümayiş etdirməyin zamanıdır”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol