• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanı şoka salan silah istehsalçıları Bakıya gəlir

Ermənistanı şoka salan silah istehsalçıları Bakıya gəlir
27.08.2018 10:16
Sentyabr ayının 25-dən 27-dək Bakı şəhərində keçiriləcək ADEX-2018 sərgisinə hazırlıqlar davam edir.

"AzeriDefence”nin məlumatına görə, bu ilki sərgi iştirakçı coğrafiyasının genişliyinə görə əvvəlki iki sərgidən fərqlənir.

Bu ilki sərgidə maraqlı nüanslardan biri də son illər Azərbaycana regionda güc balansını dəyişən silah sistemlərinin satışını həyata keçirmiş şirkətlərin və silah embarqosunu aradan qaldıran ölkələrdən istehsalçıların qatılmasıdır.

Cari ildə Azərbaycana LORA operativ-taktiki raket komplekslərinin, eləcə də əvvəlki illərdə "Heron” PUA və "Harop” kamikadzelərinin və LAHAT raketlərinin satışını həyata keçirən İsrailin "İsrael Aerospace İndustry”, ötən il "SpGH Dana” özüyeriyən haubitsaların və RM-70 "Vampir” yaylım atəşli reaktiv sistemlərin satışı ilə Ermənistanı şoka salan Çexiyanın "Excalibur Army”, "Polonez” raket sistemlərini istehsal edən Belarusun Dəqiq Elektromexanika Zavodu, "Sand Cat” zirehli avtomobillərinin istehsalçısı olan "Plasan” şirkəti ADEX-2018 sərgisində təmsil olunmaqla, özlərinin yeni məhsullarını da Azərbaycanın hərbi qurumlarına tanıdacaqlar.

KTMT üzvü olmaqla yanaşı, Azərbaycanın əsas hərbi tərəfdaşlarından olan Belarusu sərgidə son illərdə Azərbaycana radiolokasiya, radioelektron mübarizə sistemləri və ZRK-lərinin satışını həyata keçirən "Radar KB” ASC, "OKB TSP”, "558 nömrəli Aviasiya Təmiri Zavodu” ASC və digər şirkətlər təmsil edəcək. KTMT-nin digər üzvü Qazaxıstanı isə sərgidə 3 şirkət təmsil edəcək.

Bu ilki sərgidə Azərbaycana silah embarqosunu aradan qaldıran Fransa müdafiə sənayesinin geniş qatılımı gözlənilir. Fransadan ADEX-2018 sərgisində MBDA Systems, CİFAL Group, "Naval Group”, "Airbus Defense”, "Etienne Lacroix”, "Nexter Systems”, "Proengin” və "Thales” şirkətləri təmsil olunacaq. ADEX-2018 sərgisində Fransa ilə yanaşı NATO və Avropa Birliyi ölkələrindən İtaliya, İspaniya, Litva, Latviya, Bolqarıstan, Çexiya və Niderlandın hərbi şirkətləri  Azərbaycan Silahlı Qüvvələrinə müxtəlif məhsulların təqdimimatlarını keçirəcəklər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol