• $
  • €
  • ₽
  • ₺
  • £

Merkelin Bakı səfəri nəyi dəyişəcək?

Merkelin Bakı səfəri nəyi dəyişəcək?
27.08.2018 15:08
Almaniya Kansleri Angela Merkelin Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edir, çünki Avropanın aparıcı ölkələrindən birinin rəhbəri regiona səfər etdi. 

Anews.az xəbər verir ki, bunu trend-ə politoloq Fikrət Sadıqov deyib.

Politoloq qeyd edib ki, Almaniya Avropa İttifaqının lokomotivi hesab olunur və Azərbaycanın Avropanın bu aparıcı ölkəsi ilə əməkdaşlığı həmişə qarşılıqlı faydalar əsasında qurulub və tərəfdaşlıq xarakteri daşıyıb:

"Azərbaycanla Almaniyanı yalnız enerji sahəsində çoxillik tərəfdaşlıq deyil, eyni zamanda tarixi aspektlər, siyasi, humanitar və iqtisadi əlaqələr birləşdirir. Almaniya enerji layihələrinin, xüsusən "Cənub Qaz Dəhlizi”nin reallaşmasına maraq göstərməklə yanaşı, Cənubi Qafqaz ölkələri ilə əlaqələri inkişaf etdirməyə can atır. Şübhəsiz ki, Almaniya Kanslerinin regionun üç ölkəsinə səfər etməsi heç də təsadüfi deyildi”.

Onun sözlərinə görə, Almaniya Kanslerinin Bakıya səfəri ikitərəfli əlaqələrin inkişafına və genişlənməsinə təkan verəcək:

"Hesab edirəm ki, Azərbaycan və Almaniya rəhbərliyinin ikitərəfli danışıqları çərçivəsində iqtisadi və enerji məsələlərindən əlavə, təhlükəsizlik, terrorizmlə mübarizə kimi məsələlər də müzakirə olunub, çünki bu məsələlər həm Azərbaycan, həm də Almaniya və ümumilikdə Avropa üçün vacib əhəmiyyət kəsb edir. Əlbəttə, danışıqlarda Dağlıq Qarabağ problemi də müzakirə olunub və düşünürəm ki, bu münaqişənin beynəlxalq hüquq və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində Minsk qrupunun üzvü kimi Almaniyadan çox şey asılıdır. Azərbaycan rəhbərliyi bu strateji mühüm regionda sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədilə Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli edilməsinin vacibliyini və zəruriliyini Almaniya rəhbərliyinin diqqətinə çatdırdı. Və artıq qeyd etdiyim kimi, bu münaqişənin beynəlxalq qanun əsasında həll edilməsi yalnız Azərbaycan və region üçün deyil, həmçinin Avropa ölkələri üçün vacibdir. Ümumilikdə bu səfər çərçivəsində əldə olunan razılıqlar ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edəcək”.

Qeyd edək ki, A.Merkel Cənubi Qafqaz regionuna səfəri çərçivəsində avqustun 25-də Azərbaycanda olub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol