• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev fərman imzaladı

İlham Əliyev fərman imzaladı
28.08.2018 11:39
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1197-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.3. həmin Qanunun 8.4-cü və 15.4-cü maddələrində nəzərdə tutulmuş dövlət rüsumunun məbləğləri barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.4. həmin Qanunun 14.6-cı maddəsinə uyğun olaraq, dezoksiribonuklein turşusu (DNT) analizinin aparılması üçün bioloji materialın götürülməsi, onun uçotu, saxlanılması, istifadəsi, verilməsi və məhv edilməsi qaydasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 14.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.2. həmin Qanunun 7.3-cü, 7.4-cü (birinci halda), 7.5.3-cü, 9.2-ci, 10.0-cı maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı dövlət orqanları həyata keçirirlər:

2.2.1. həmin Qanunun 7.1.1-ci maddəsində göstərilən ümumvətəndaş pasportu alan şəxslərə, 7.1.2–7.1.5-ci, 7.2-ci maddələrində göstərilən şəxslərə və 7.1.6-cı maddəsində göstərilən inzibati qaydada həbs edilmiş şəxslərə münasibətdə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

2.2.2. həmin Qanunun 7.1.1-ci maddəsində göstərilən xidməti və ya diplomatik pasport alan şəxslərə münasibətdə - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi;

2.2.3. həmin Qanunun 7.1.6-cı maddəsində göstərilən cinayət törətməkdə şübhəli bilinən və təqsirləndirilən şəxslərə münasibətdə - təhqiqat orqanları, ibtidai istintaq orqanları və ya həmin orqanların müraciəti ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

2.2.4. həmin Qanunun 7.1.6-cı maddəsində göstərilən məhkum olunmuş şəxslərə münasibətdə - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

2.2.5. həmin Qanunun 7.1.7–7.1.9-cu maddələrində göstərilən şəxslərə münasibətdə - Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;

2.3. həmin Qanunun 7.4-cü maddəsində (ikinci halda), 14.4-cü (ikinci halda), 15.2-ci maddələrində, 18.1-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;

2.4. həmin Qanunun 8.2-ci maddəsində, 11.1-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;

2.5. həmin Qanunun 14.3-cü, 14.4-cü (birinci halda), 14.5.3-cü və 16.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı dövlət orqanları həyata keçirirlər:

2.5.1. həmin Qanunun 14.1.1-ci maddəsində göstərilən şəxslərə münasibətdə - təhqiqat orqanları, ibtidai istintaq orqanları və ya həmin orqanların müraciəti ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

2.5.2. həmin Qanunun 14.1.2-ci, 14.1.3-cü və 14.2-ci maddələrində göstərilən şəxslərə münasibətdə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol