Ramil Usubov bu rayona yeni rəis TƏYİN ETDİ

Goranboy Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub
Anews.az report-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis polkovnik-leytenantı Qədirov Ramin Əhmədağa oğlu Goranboy Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
R.Qədirov bu təyinata kimi Qəbələ Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, bir neçə gün əvvəl daxili işlər nazirinin əmri ilə Goranboy Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azadəliyev Fəqan Cəbrayıl oğlu vəzifəsindən azad olunaraq sərəncama göndərilmişdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























