• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Kobzonun ailəsinə başsağlığı verdi

İlham Əliyev Kobzonun ailəsinə başsağlığı verdi
28.05.2020 21:07
Prezident İlham Əliyev mərhum İosif Kobzonun ailəsinə başsağlığı verib.

BiG.AZ-ın xəbərinə görə, başsağlığı mətnində deyilir:

"İosif Davıdoviç Kobzonun vəfatı haqqında xəbər məni dərindən kədərləndirdi.

Sizə, İosif Davıdoviçin bütün doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən dərin hüznlə başsağlığı verirəm.

Ustad müğənni, görkəmli ictimai-siyasi xadim İosif Kobzonun adı sovet və Rusiya mədəniyyətinin şanlı salnaməsinə əbədi daxil olub. Onun yüksək şövqlə oxuduğu mahnılar neçə-neçə nəsillərin qəlbində xüsusi yer tutur.

Çoxşaxəli istedadı, bənzərsiz səsi və fitri musiqi duyumu sayəsində İosif Kobzon bütöv bir dövrün rəmzinə çevrilib. Dövlət Dumasında məsul vəzifə tutarkən o, mədəni irsin qorunub saxlanmasına və zənginləşməsinə fəal kömək edirdi.

İosif Kobzon Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin inkişafına, mehriban münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəyə görə Azərbaycan Respublikasının "Şöhrət” və "Dostluq” ordenləri ilə, həmçinin "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif edilib.

Bu ağır itki ilə əlaqədar sizin dərdinizə səmimi qəlbdən şərik olduğumu və sizinlə bərabər kədərləndiyimi bildirirəm”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol