• $
  • €
  • ₽
  • ₺
  • £

Ordumuzda yenilik - Hərbi hissələrdə psixoloqlar

Ordumuzda yenilik - Hərbi hissələrdə psixoloqlar
08.11.2014 12:15
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Hərbi psixoloqların təlim-toplantısına hazırlıq məqsədilə tədbir keçirilib. 
Müdafiə Nazirliyindən verilən məlumata görə, MN Şəxsi Heyət Baş İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Təlim və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin zabit və professor-müəllim heyətinin iştirakı ilə keçirilən tədbirdə şəxsi heyətin döyüş hazırlığının artırılmasında, təlim-tərbiyə işinin təşkilində və aparılmasında psixologiya elminin və psixoloqların hər zaman mühüm rolu olması bildirilib.
Görüşdə hərbi hissələrdə hərbi psixoloqların işinin təşkili və onların vahid sistem şəklində yaradılması, təlim prosesi proqramlarının hazırlanması, hərbi psixoloqlar üçün ədəbiyyatın, dərs vəsaitlərinin, topluların, psixoloji testlərin tərtib edilməsi, eləcə də psixoloji təhlillərin aparılması üsulları müzakirə edilib. 
Tədbirdə hərbi psixoloqların Silahlı Qüvvələrdə vacibliyinin önə çəkildiyi, bu işə cavabdeh zabitlərin daha peşəkar olmaları üçün tədris kurslarının məhz müdafiə nazirinin təşəbbüsü ilə keçirilməsinin planlaşdırıldığı və bu səbəbdən də ordumuzda tanınmış psixoloqların təcrübəsindən istifadə olunacağı qeyd edilib.
Daha sonra Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru Rəfiqə Əzimova, professor Qorxmaz Vəliyev, fəlsəfə elmləri doktoru, sosioloq Əhməd Məmmədov, dosent Müşfiq Şükürov, Psixoloji sağlamlıq Mərkəzinin əməkdaşı Gülnarə Musabəyova və başqaları çıxış edərək psixologiya elminin əhəmiyyətindən danışıblar. 
Sonda psixoloqlar təlim proqramı ilə bağlı öz fikir və mülahizələrini bildirərək ordumuzun mənəvi-psixoloji cəhətdən daha da sağlam və güclü olması naminə tədris dövründə bilik və bacarıqlarını əsirgəməyəcəklərini bildiriblər.
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol