• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentlər bu məsələləri müzakirə edib – Nazir

Prezidentlər bu məsələləri müzakirə edib – Nazir
05.09.2018 17:47
Nəqliyyat dəhlizinin bir hissəsi olan və Rusiya ilə birgə həyata keçirilən Samur sərhəd çayı üzərindən körpünün tikintisinin 2019-cu ildə başa çatdırılması nəzərdə tutulur. Bu, Azərbaycan-Rusiya nəqliyyat və ticarət əlaqələrinin inkişafına, yük daşımalarının artmasına əhəmiyyətli dərəcədə təsir edəcək.

Axar.az xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Şahin Mustafayev Azərtaca müsahibəsində bildirib.

Nazir bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Rusiyaya səfəri zamanı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin region üçün əhəmiyyəti, tranzit və yükdaşımaların həcminin artmasında önəmi xüsusilə vurğulanıb:

"Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən və bu baxımdan əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanın tranzit daşımaları sahəsində potensialını reallaşdırmaq məqsədilə nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində mühüm işlər görülür.

"Azərbaycan və Rusiya arasında avtomobil, dəmir yolları və hava nəqliyyatı ilə sərnişin və yükdaşımalar həyata keçirilir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi nəinki Azərbaycan, həm də digər ölkələr, eləcə də Rusiya üçün nəqliyyat-tranzit sahəsində əməkdaşlıq baxımından əhəmiyyətlidir. Rusiyada keçirilən görüşlərdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycanın bütün infrastruktur layihələrini həyata keçirdiyi, nəqliyyat dəhlizi vasitəsilə əvvəlki illə müqayisədə 100 dəfə çox yük daşındığı xüsusilə vurğulanıb.

Qeyd olunub ki, bu nəqliyyat dəhlizinin potensialı daha böyükdür. Bu dəhliz daha çox ölkəni əhatə etməklə, iqtisadi-ticari əlaqələrin genişlənməsində və tranzit imkanlarının artmasında faydalı ola bilər. Hazırda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin ayrı-ayrı hissələri üzrə işlər davam etdirilir. Nəqliyyat dəhlizinin bir hissəsi olan və Rusiya ilə birgə həyata keçirilən Samur sərhəd çayı üzərindən körpünün tikintisinin 2019-cu ildə başa çatdırılması nəzərdə tutulur. Bu, Azərbaycan-Rusiya nəqliyyat və ticarət əlaqələrinin inkişafına, yük daşımalarının artmasına əhəmiyyətli dərəcədə təsir edəcək”.

Ş.Mustafayev bildirib ki, səfər zamanı, Rusiyanın Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə yükdaşımalar həyata keçirilməsi imkanları, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması məqsədilə Azərbaycan istehsalı olan aksizli malların ixracı üçün Azərbaycan-Rusiya sərhədində xüsusi gömrük postunun yaradılması məsələləri də müzakirə edilib:

"Görüşlərdə gömrük infrastrukturunun təkmilləşdirilməsi istiqamətində işlərin aparıldığı vurğulanıb”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol