• $
  • €
  • ₽
  • ₺
  • £

Çexiya Prezidenti Azərbaycana gələcək

Çexiya Prezidenti Azərbaycana gələcək
07.11.2014 14:25
Çexiya hökuməti ölkənin şirkətləri üçün Azərbaycanı prioritet potensial bazarı qismində seçib və onları ölkəmizlə əməkdaşlığı genişləndirməyə çağırıb. Bunu Trend-ə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev deyib.Onun sözlərinə görə, Çexiya hökuməti Azərbaycanın tikinti sektoru, maşınqayırma və nəqliyyat infrastrukturu sahələrində Çexiya şirkətlərinin iştirakının genişlənməsinə böyük ümid bəsləyir.Diplomat qeyd edib ki, Çexiyanın bir neçə şirkəti Azərbaycanın nəqliyyat sektoruna maraq göstərir: "Çexiya şirkətlərinin Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi layihəsində iştirakı üzrə danışıqlar aparılır".F.Şəfiyevin sözlərinə əsasən, Çexiya şirkətləri Azərbaycanda ümumi dəyəri təqribən 1 milyard dollar olan müqavilələrlə təmsil olunurlar: "Bir müqavilənin - dəyəri 300 milyon dollar olan Bakı-Quba avtomobil yolunun tikintisinin reallaşdırılması başa çatıb".Səfir əlavə edib ki, Çexiya şirkətləri Bakı Metropoliteninin xətlərindən birinin tikintisi layihəsində iştirakda maraqlıdırlar və bu məsələ ilə bağlı danışıqlar davam edir.O vurğulayıb ki, Çexiya Azərbaycan investisiyaları üçün də açıq ölkədir: "Son 10 ildə xarici şirkətlər, o cümlədən Azərbaycan şirkətləri Çexiyada, xüsusilə Karlovı Varıda daşınmaz əmlak sahəsinə maraq göstərirlər".İkitərəfli əlaqələrin inkişafına təkan vermək üçün gələn ilin əvvəlində bir sıra qarşılıqlı səfərlərin, o cümlədən yüksək səviyyədə səfərlərin təşkili planlaşdırılır.F.Şəfiyev deyib ki, gələn ilin fevral-mart aylarında Çexiya Prezidentinin Azərbaycana rəsmi səfəri gözlənilir ki, bu da əlaqələrin inkişafına əlavə təkan verəcək.Gələn il iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi də planlaşdırılır.Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabrında iki ölkə arasında əmtəə dövriyyəsi 515,51 milyon dollar təşkil edib. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol